Azərbaycan prezidenti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb
18 Mart 2015 20:41 SiyasətAzərbaycan prezidenti İlham Əliyev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.APA-nın məlumatına görə, sərəncama əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.Müəyyən edilib ki, Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00