Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında imzalanmış sazişin müddəti uzadılıb
18 Mart 2015 20:39 SiyasətAzərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) arasında imzalanmış sazişin müddəti uzadılıb.APA-nın Ədliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün nazirliyin binasına Azərbaycan hökuməti ilə BQXK arasındakı sazişin qüvvədə olma müddətinin uzadılması haqqında protokol imzalanıb.Mərasimdə Ədliyyə Nazirliyinin və BQXK-nın məsul şəxsləri, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər nümayəndələri iştirak ediblər. Sənədi nazir Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00