Müxalifət TANAP-ı alqışladı

"Qarabağ" blokunun növbəti tolantısı keçirilib. Blokdan "OLAYLAR"-a bildirilib ki,  toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Blok üzvləri ilk növbədə Türkiyənin Qars vilayətində gerçəkləşən TANAP layihəsinin təməlatma mərasiminə münasibət bildirib və bu layhəni ölkəmizin suvernliyinin, müstəqilliyinin möhkəmlənməsində, beynəlxalq əlaqələrinin genişlənməsində, Avroatlantik məkana unteqrasiya olunmasında mühüm hadisə kimi dəyərləndirib. Blok üzvləri  Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr edilən rəsmi mərasimin keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib və 250 mindən artıq insanın qanı bahasına başa gələn Çanaqqala zəfərini iyirminci əsrin tarixi gedişatını dəyişən, Türkiyənin gələcək taleyini həll edən, istiqlal tarixinə yol açan, türk ulusunun qüdrət və əzmkarlığını dünyaya tanıtdıran bir hadisə kimi dəyərləndirib. Blok üzvləri həmçinin Çanaqqala zəfərində Azərbaycan xalqının maddi yardımda bulunmasını, əsgər və zabitlərimizin bu döyüşdə türk mehmetcikləri ilə çiyin-çiyinə vuruşaraq şəhid olmasını Türkiyə Azərbaycan birliyinin bariz nümunəsi kimi dəyərləndirib və yadelli işğalçılara qarşı örnək olan bu birgə mübarizənin tarixi köklərə bağlı olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00