Əhməd Davudoğlu: “İnşallah, Qarabağı azad etdikdən sonra da bu cür təntənəli mərasim keçirəcəyik”
18 Mart 2015 14:25 Siyasət"Azərbaycan bizim canımızdır, canımız Azərbaycana qurban olsun".Bu sözləri Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimdə APA-nın Türkiyə müxbirinin "Azərbaycana hansı mesajı vermək istərdiniz?" sualına cavabında baş nazir Əhməd Davudoğlu deyib.Ə. Davudoğlu əlavə edib ki, belə tədbirlərdə hər iki ölkə hər zaman bir yerdə olmalıdır: "İnşallah, Qarabağı azad etdikdən sonra da bu cür təntənəli mərasim keçirəcəyik".Xatırladaq ki, Türkiyədə I Dünya müharibəsi zamanı baş vermiş Çanaqqala savaşında qələbənin 100-cü ildönümü qeyd edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00