Anjey Kaspşik Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib. Bu barədə Trend Ermənistan KİV-lərinə istinadən məlumat verir. Məlumata görə, A.Kaspşik Dağlıq Qarabağın separatçı rejminin "xarici işlər naziri" Karen Mirzoyan ilə görüşüb. Görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00