İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarsda ulu öndər Heydər Əliyevin adını daşıyan liseyin açılışında iştirak edirlər
17 Mart 2015 15:57 SiyasətTürkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan sənaye liseyinin açılışı keçirilir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak edirlər. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir. Prezident İlham Əliyev mərasimdə geniş nitqlə çıxış edib. Bu gün, eyni zamanda, Qarsda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Transanadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00