Qazaxıstanın Azərbaycana yeni səfiri təyin olundu

Beybit İsabayev müxtəlif ölkələrdə Qazaxıstanı səfir kimi təmsil edib

Qazaxıstan prezident Nursultan Nazarbayev ölkəsinin Azərbaycan Respublikasına yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib.ANS PRESS-in Dövlət başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Beybit İsabayevdir.Beybit İsabayev 1962-ci ildə Qazaxıstanın Alma Ata şəhərində dünyaya gəlib. 1985-ci ildə Qazaxıstan Dövlət Universitetini bitirib.İsabayev bundan əvvəl Qazaxıstanın Pakistan İslam respublikası, Türkiyə Cümhuriyyəti, Albaniya və Qırğızıstan Respublikasındakı səfiri vəzifələrində işləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00