Türkiyə mətbuatı Əli Həsənovun ad günündən yazdı

Türkiyənin tanınmış haberhergun.com saytında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 55 yaşı tamam olması ilə bağlı məqalə dərc edilib. Jurnalist Cavid Şahverdiyevin müəllifi olduğu yazıda Əli Həsənov nəinki Azərbaycanda, eləcə də bütün dünyada böyük nüfuza sahib olan rəsmilərdən biri kimi xarakterizə edilir. Yazıda Əli Həsənovun siyasi və dövlət rəsmisi kimi fəaliyyətindən geniş bəhs edilir. Qeyd olunur ki, Əli Həsənov Azərbaycan dövlət siyasətinin əsas təbliğatçısıdır. Onun daşıdığı vəzifə dövlətin siyasi xəttinin müəyyənləşməsi və qorunub saxlanmasında çox əhəmiyyətli hesab olunur. Əli Həsənov həm də Azərbaycana xaricdən gələn həmlələri də dəf etmək iqtidarındadır. Bu da onun siyasi uzaqgörənliyinin nəticəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00