“Əli Kərimli islah olunası insan deyil”

Elçin Mirzəbəyli: “AXCP sədrinin şantaj alətləri bu insanların açıqlamalarının üzə çıxmasına imkan verməyiblər”

"Vaxtilə Əbülfəz Elçibəyin rəhbəri olduğu partiya Əli Kərimli tərəfindən oğurlanandan sonra siyasi partiyada olan bütün şəxslər, bütün rəhbərlik AXCP-ni tərk etdilər". Son dövrlərdə AXCP-ni tərk edən şəxslərin partiya sədri Əli Kərimliyə qarşı səsləndirdikləri ittihamlara  münasibət bildirən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli belə deyib. Keçmiş cəbhəçilərin Əli Kərimli haqqında ittihamlarının leytmotivlərinin eyni olduğunu deyən E.Mirzəbəyli qeyd edib ki, bu ittihamlar əsasən, AXCP sədrinin anti-demokratik idarəçiliyi, totalitar təfəkkürə malik olması, insanlara qarşı müxatəlif şantaj üsullarından istifadə etməsi ilə bağlıdır: "Bu qədər insanın hamısının yalnış, yalnız bir nəfərin doğru olması mümkün deyil. Azərbaycanda Əli Kərimlinin necə siyasi fəaliyyət göstərdiyini hər kəs bilir. Vaxtilə onunla müttəfiq olmuş adamlar da, onunla eyni sırada addımlayanlar da bilirlər ki, Əli Kərimli islah olunası insan deyil. Hesab edirəm ki, birinci növbədə onlar partiya daxilində bu məsələlərlə bağlı mübarizə aparmalı idilər. Ola bilsin ki, mübarizə aparılıb, lakin Əli Kərimlinin şantaj alətləri bu insanların açıqlamalarının üzə çıxmasına imkan verməyiblər. İndi də partiyada istefa verən kimi bu şəxslər Əli Kərimli haqda bildiklərini dilə gətirirlər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00