Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərə qatılacaq

Martın 2-dən 6-dək İtaliyanın Latina şəhərində  maddi texniki təminat üzrə funksional sahələr sistemi (LOGFAS) kursu keçiriləcək. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,  martın 2-dən 13-dək isə Türkiyənin poaytaxtı Ankara şəhərində  silahlı münaqişə hüququ kursu təşkil olunacaq. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00