Rauf Qurbanov AKP-dən çıxarıldı

Azərbaycan Kommunist Partiyasının 38-ci qurultayı keçirilib. Qurultayda 26 rayon təşkilatının nümayəndələri iştirak ediblər. Qurultayda partiyanın Mərkəzi Komitəsi və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənilib. Müakirələrdən sonra MK və MNTK-ya yeni sərdlər seçilib. Gülnisə Məhsimova 31 nəfərdən ibarət MK sədri, Ədalət Yaqubov isə 7 nəfərdən ibarət MNTK sədri seçilib. MK sıralarından G.Məhsimova başda olmaqla 13 nəfərdən ibarət Büro formalaşıb. Yayılan məlumata görə, keçmiş partiya sədri Rauf Qurbanov və onun bir qrup tərəfdarı AKP-dən çıxarılıb. Buna səbəb kimi onların partiyada bölücü və fraksiyaçı fəaliyyətləri göstərlilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00