Deputatlarımız İsveçrəyə səfər edəcəklər
2 Mart 2015 14:28 SiyasətMili Məclis Sədrinin müavini Bahar Muradova, deputatlardan Elton Məmmədov və Malik Həsənov martın 3-dən 6-dək İsveçrənin Bern şəhərində səfərdə olacaqlar. Bu barədə Milli Məclisdən verilən məlumata görə, səfər İsveçrə - Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristin Egerszegi-Obrisin dəvəti ilə həyata keçiriləcək. Deputatlarımız səfər çərçivəsində İsveçrə parlamenti Milli Şurasının sədri Stefan Rossini, Kantonlar Şurasının sədri Klod Eş, Federal Xarici işlər Departamentinin dövlət katibi İv Rosye, Bern şəhərinin meri Aleksandr Çerpet və digər rəsmi şəxslərlə görüşlər keçirəcək, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00