Riyakarlığın son həddidir
2 Mart 2015 13:59 SiyasətAzərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Boris Nemtsovun qətli ilə bağlı yazıb ki, nə Rusiyada, nə də başqa post-sovet məkanında avtoritarizm, diktatura, soyğunçuluq tərəfdarı olan qara qüvvələr sevinməsinlər. Boris Nemtsov ölümü ilə də Rusiya xalqının azadlıq və demokratiya mübarizəsinə öz töhfəsini vermiş olacaq. Rusiyada demokratik dəyişikliklər daha da sürətlənəcək. "OLAYLAR"-ın xəbərinə görə, Əli Kərimlinin fikirlərinə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirib ki, halbuki Əli Kərimli 2013-cü ilin prezident seçkilərində Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsinin həlli üçün Rusiya prezidenti Vladimir Putinə "şanlı" məktub göndərib və Putini "böyük demokrat" adlandırırdı: "Riyakarlığın son həddidir. Kim bu suala cavab verə bilər: Əsl Əli Kərimli hansıdır?"