Deputatlarımız QDİƏT-in tədbirinə qatılıblar

Milli Məclisin deputatları Musa Quliyev və Ayaz Orucov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işçi qrupunun iclasında iştirak etmək üçün Türkiyəyə səfər ediblər. Bu barədə Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, qurumun İstanbul şəhərində keçiriləcək toplantısında əsasən cari məsələlər müzakirə ediləcək. Təşkilata üzv ölkələrin nümayəndələri reqlamentlə bağlı təkliflərini verəcəklər. Deputatlarımız müzakirə edilən məsələlərə münasibətlərini açıqlayacaqlar. Səfər martın 4-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00