Azərbaycan nümayəndə heyəti Əfqanıstanda səfərdə olub

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əfqanıstanda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Əfqanıstan Prezidenti cənab Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilmiş, Əfqanıstanın Mədən və Neft naziri Daud Saba və Əfqanıstanın Baş icraçı məmuru Abdullah Abdullah ilə görüşmüşdür. Görüşlərdə enerji, tranzit, logistika, tikinti materiallarının istehsalı və s. sahələrdə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00