“Xocalı qətliamı ermənilərin gerçək üzüdür”

"Xocalı qətliamı ermənilərin gerçək üzüdür. Ermənilər 1915 -20-ci illərdə törətdikləri vəhşiliyi 1992-ci ildə bir daha təkrarladılar". Bu fikirləri  "OLAYLAR"-a İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal səsləndirib. Bildirib ki, 1992-ci ilin fevralında ermənilər Xocalıda müdafiəsiz insanlara qarşı amansız vəhşiliklər törədiblər. Onun sözlərinə görə,  ermənilərin Xocalıda törətdiyi soyqırım insanlığın utanc günüdür: "1992-ci ildə ermənilər azad dünyanın gözü qarşısında Türk qırğını həyata keçirdilər. Təssüflər olsun ki, bu qırğına da dünya birliyi tamaşaçı qaldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00