Əfqanıstanda "Taliban" əleyhinə etiraz aksiyası keçirilib
10 May 2022 14:07 SərgilərƏfqanıstanın paytaxtı Kabildə "Taliban" hakimiyyətinə qarşı etiraz aksiyası keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd olunur ki, mitinqi keçirənlər "Əfqan Güclü Qadınlar" insan haqları hərəkatının üzvləridirlər. Onlar "Taliban"ın qadınların məcburi çadra taxmalarına dair qərarına etiraz ediblər.
Xatırladaq ki, mayın 7-də "Taliban" hərəkatının ali lideri Molla Hibətullah Axundzadə küçədə və ictimai yerlərdə qadınların çadra taxmasının məcburi olduğunu bəyan etmişdi. O, çadranın müsəlman qadınlarınının ənənəvi geyimi olduğunu demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31