Nəqliyyat

Yol polisi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

22 Noyabr 2018 11:25

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhükəsizliyin təmin ediməsi məqsədi ilə sürücülərə xəbərdarlıq edib.

Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır

21 Noyabr 2018 14:54

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdiriləcək

21 Noyabr 2018 13:12

Noyabrın 23-dən Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdiriləcək. “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qeyd edilən gün səhər saatlarından ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilən Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərə xidmət göstərəcək.

190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

20 Noyabr 2018 15:39

Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.