Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək
15 Noyabr 2018 17:10 NəqliyyatTexniki səbəblərə görə noyabrın 16-da Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, 16.11.2018-ci il tarixində Bakıdan saat 08-00-da yola düşən 6001, saat 08-30-da yola düşən 6003 və saat 08-55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08-50-də yola düşən 6010, saat 09-17-də yola düşən 6012 və saat 09-50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reysə üzrə ləğv edilir. Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31