Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.
21 Noyabr 2018 14:54 NəqliyyatDəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı "İDYM" MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.
Xatırladaqki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilkbeləyoldəyişən 9 sentyabr 2016-cı ildəquraşdırılıb. Ümumilikdə isə bu günə kimi 248 yoldəyişən yenisi ilə əvəz olunub.
Hazırda Yevlax stansiyasının cüt boğazında 5 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək.Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.