Gecə reyslərində sərnişinlərə pulsuz çay və qəhvə veriləcək

Gecə reyslərində sərnişinlərə pulsuz çay və qəhvə veriləcək

Oktyabrın 1-dən bərpa olunacaq gecə reyslərində çalışacaq sürücülərin hər biri yüksək peşəkarlıq qabiliyyəti olan, xüsusi təlim keçmiş sürücülərdir. Sürücülərə vahid geyim forması tətbiq olunacaq. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Beynəlxalq Avtovağzalından daxil olub. Bildirilib ki, avtobuslarda wi-fi və yol boyu pulsuz çay, qəhvə servisi mövcud olacaq.

Biletləri avtovağzalın kassalarından gündəlik və ya qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1(bir) gün qabağa qədər əldə etmək mümkündür. "Onlayn" qaydada bilet sifariş etmək  istəyən sərnişinlərsəfər tarixinə 10 gün qalmışdan 1 gün qabağa qədər "avtovagzal.az" saytı və ya mobil tətbiq (həm android, həm ios istifadəçiləri) üzərindən ala bilərlər.

Bu gündən gecə reysləri bərpa olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31