Bu gündən gecə reysləri bərpa olunur

Bu gündən gecə reysləri bərpa olunur

Gecə saatlarında sərnişindaşıma ilə bağlı 10 ildir tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. "OLAYLAR"-a Bakı Beynəlxalq Avtovağzalından bildirilib ki, bundan sonra rayonlara və əks istiqamətə gecə saatlarında da təhlükəsiz, rahat, həmçinin qanuni nəqliyyat vasitələri ilə getmək mümkün olacaq.

Gecə reysləri ilə bağlı hazırlıqlar artıq yekunlaşıb və oktyabr ayının 1-dən tam fəaliyyətə başlayacaq. İlk reys bir neçə gün öncə sınaq məqsədilə xəttə buraxılıb. 1 oktyabr tarixindən isə hər gün (gündəlik) yol infrastrukturu bu reysləri həyata keçirmək üçün uyğun olan, eyni zamanda sərnişin tələbatının çox olduğu Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Məngəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda həyata keçiriləcək. Gecə reyslərinin uğurla həyata keçirildiyi təqdirdə və tələbatdan asılı olaraq avtobusların sayının artırılaraq digər istiqamətlərə də  tətbiq olunması planlaşdırılır. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən "Neoplan" markalı avtobuslarla həyata keçiriləcək.

Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 90 km/saat müəyyən edilib. Bundan başqa bütün avtobusların içərisində (salonunda) kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq.

İlk gecə reysi bu axşam saat 22:00-da Gəncə istiqamətində yola düşəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31