Müsahibə

Çingiz Qənizadə: “Azərbaycan Avropa Şurasına üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir”

28 Sentyabr 2017 18:32

Azərbaycan həmişə üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çalışıb və riayət edir. Hətta prezident öz çıxışlarında vurğulayıb ki, Azərbaycan əxlaqlı siyasət yeridir. Bu, həm də Avropa Şurasına münasibətlə bağlıdır.

Əli Hüseynli: "Təhlillər göstərir ki, konkret əsaslar olmadan azadlıqdan məhrum etmə cəzasına üstünlük verilir"

26 Sentyabr 2017 12:59

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkə qarşısında duran mühüm vəzifə dövlətçiliyin daha da möhkəmləndirilməsindən, həm hüquq, həm də qanunvericilik sisteminin təkmilləşdirilməsindən və bütün bunların əsasında hüquqi dövlət qurmaq yollarını müəyyən etməkdən ibarət olub.

Avropa Məhkəməsinin qərarları siyasi məqsəd daşıyır

25 Sentyabr 2017 11:21

Şəmsəddin Əliyev: AM-nın qərarlarından əksər hallarda təzyiq vasitəsi kimi istifadə olunur Son illər Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanan şikayətlərin sayında artım müşahidə edilməkdədir. Hansı ki, Avropa Məhkəməsi ayrı-ayrı vətəndaşların dövlətimizə qarşı iddialarının böyük əksəriyyətini təmin edib, Azərbaycan məhkəmələrinin qərarlarını ləğv edərək ölkəmiz qarşısında müxtəlif miqdarda təzminat öhdəlikləri qoyub. Bu halda belə bir sual yaranır: bu Azərbaycana qarşı siyasi təzyiq vasitəsi, yaxud ölkəmizin daxili işlərinə qarışmaq deyilmi? Suallarımızı tanınmış hüquqşünas, “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri  Şəmsəddin Əliyev cavablandırır.

Elçin Hüseyinbəyli: “Elə mövzular var ki, mən onu yazmaq istəyirəm, amma...” – MÜSAHİBƏ

23 Sentyabr 2017 18:23

Yazıçı Elçin Hüseynbəyli ilə müsahibə. – Elçin müəllim, sizi ailəcanlı bir insan kimi tanıyırlar. Elə söhbətimizə də burdan başalayaq. Necədir ailə-məişət həyatınız? – Bizdə sabitlikdir. Bir oğlum var, bir qızım! Qızım Leyla ailəlidir və yoldaşı ilə birlikdə İstanbulda yaşayır. Oğlum Orxan isə bu yay İngiltərədə universiteti bitirib gəldi. Allah qoysa işə düzəlmək istəyir.

Ermənistanın Qarabağ ətrafında növbəti oyunu

19 Sentyabr 2017 14:07

Seymur Süleymanov: “Edvard Nalbəndyanın bu açıqlaması heç nəyi dəyişmir” Deyəsən Ermənistan növbəti blefini edir. Belə ki, bu ölkənin xarici işlər naziri Edvard Nalbəndiyan ötən gün mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiyə qədər Ermənistan rəsmilərinin səsləndirmədiyi bir fikri ifadə edib. Belə ki, işğalçı ölkənin xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılmasının mümkünlüyündən danışıb. Ermənistan xarici işlər nazirinin belə bir açıqlama ilə çıxış etməsi kifayət qədər maraqlı və maraqlı olduğu qədər suallar meydana çıxarıb. Belə ki, erməni rəsmisinin belə bir açıqlamada bulunmasına səbəb nədir? Bir çoxları hesab edirlər ki, Edvard Nalbəndiyanın məlum açıqlaması Ermənistanın növbəti oyunudur. Belə ki, son vaxtarda Azərbaycanın artan hərbi gücü, İsrail və Çexiya ilə hərbi sahədə əlaqələrin genişləndirilməsi Azərbaycan Silahlı Qüvvələrinin yeni silah-sursatla təmin edilməsinə imkan yaradıb. Hazırkı situasiyada Azərbaycanın hərbi arsenalı Ermənistandan qat-qat güclüdür və İrəvan Azərbaycanın hər an torpaqlarını işğaldan azad etmək əməliyyatına başlaması qorxusunu yaşayır.

Azərbaycan vətəndaşı öz fikir və düşüncəsini sərbəst ifadə etməklə cəmiyyətin tərəqqisinə töhfə verir

15 Sentyabr 2017 14:37

Seymur Süleymanov: “Ölkədə söz,fikir və məlumat azadlığının qarantı Cənab İlham Əliyevdir” Tərəfdar.az saytının baş redaktoru Seymur Süleymanovun ölkədə söz, fiki və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, atılan addımlarla bağlı “OLAYLAR”-a müsahibəsi -Seymur bəy, bu gün Azərbaycan mediası, kütləvi indormasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz? -Azərbaycan Mətbuat tarixinin çox zəngin səhifələri var. Çoxumuz qəzet və ya çap dövrünün geridə qaldığını, hal-hazırda internet mediasının inkşaf etdiyini vurğulayırıq. Təəsüflər olsun ki, bu belə deyil. İnternet resurslarının artması, sosial şəbəkələrdə olan aktivlik və s. bunların hamısı Azərbaycanda media azadlığının genişşaxəli olmasından qaynaqlanır. Ölkədə məlumat azadlığını ifadə edəcək müstəqil mətbuatın inkişafı yüksək səviyyəyə çatıb. Digər bir tərəfdən isə, ölkədə xəbər saytlarının artması o demək deyil ki, çap mediası cəmiyyətdə öz nüfuz dairəsini itirib. Çap mediasının inkşafı çox mühim məsələlərdən biridir. Düzdür, qəzet oxuyanların sayı ötən illərə baxdıqda xeyli azalma müşahidə olunur. Ancaq çap mediası ölkəmizdə inkşaf etməkdədir. Məlumdur ki, dövlət başçımız tərəfindən hər il çap medinın inkşafı üçün vəsaitlər ayrılmaqdadır. Bu vəsaitlər medianın təkminləşməsinə böyük köməklik göstərir.

“Toylarımızda vəziyyət bərbaddı”

15 Sentyabr 2017 13:09

Təbii ki, hər bir uşağın müəyyən sənətə yiyələnməsində valideynlərinin rolu olur. Və bir də Allahın qisməti deyilən bir şey var. Quranda da buyurulur ki, sənətlərinizin müxtəlifliyi, rənglərinizin, irqlərinizin müxtəlifliyi onun qüdrət əlamətlərindəndi. Yəni, hər bir insan müxtəlif peşə, sənətlə məşğul olur ki, bu da həyatın qanunauyğunluğudu. Mənim bu sənəti seçməyimdə valideynlərimin, düşdüyüm mühitin və tanrının qismətinin rolu danılmazdı.

Tənzilə Rüstəmxanlı: “Mənim nəslim Rüstəmxanlılardan böyükdür, Ziya Məmmədovla isə...

14 Sentyabr 2017 14:49

İçimdə milli təəssübkeşliyin olduğunu lap ağlımın kəsdiyi zamanlardan hiss edirdim. Ailəm, nəslim, şəcərəmlə bağlı danışacağım o qədər sözlər var ki, o qədər faktlar var ki... Bunlar mənim milli ruhda həssaslığımı daha da gücləndirib. Yaşadığımız bölgə elə idi ki, bizə azərbaycanlı yox, türk deyirdilər. Mən indiki Ermənistanın Amasiya bölgəsində anadan olmuşam, orada böyümüşəm.

Ukrayna növbəti məxməri inqilab astanasında

12 Sentyabr 2017 11:17

İlqar Altay: “Timoşenko kimi çevik və təcrübəli siyasətçi Saakaşvilini dəstəkləyirsə, demək ikincinin hakimiyyətə gəlmək şansı az deyil”  Ukrayna özünün növbəti siyasi təlatüm dövrünü yaşayır. Hər şey sabioq Gürcüstan prezidenti, Ukraynanın Odessa vilayətiunin qubernatoru Mixael Saakaşvilinin Ykrayna vətəndaşlığından məhrum edilməsindən sonra başladı. Hüquqi prosedur baxımdan o qədər də doğru olmayan bu qərarı verərkən Ukrayna prezidenti Poroşenko bəlkə də, verdiyi qərarın ona ciddi problemlər yaradacağını gözləmirdi. Ancaq çox keçmədən Poroşenko bu sürprizlə qarşılaşdı. Belə ki, ötən gün Mixael Saakaşvili tərəfdarları ilə Ukrayna sərhəddini keçərək ölkə ərazisinə daxil oldu. Hazırda Ukraynanın siyasi arenasında baş verənləri təhlil edən analitiklər hesab edirlər ki, bu ölkə növbəti məxməri inqilab astanasındadır.

Turizm sahəsində xidmət keyfiyyəti artırılacaq

11 Sentyabr 2017 15:14

Qeyri-neft sektorunda mühüm istuqamətlərdən birini də turizm tutur. Azərbaycanın zəngin turizm potensialı olduğundan son illər bu istiqamətdə kifayət qədər işlər görülüb. Xarici turistləri ölkəyə cəlb edə biləcək infrastruktur qurulub, yeni otellər şəbəkəsi yaradılıb. Məhz bütün bu göstərilənlərin nəticəsidir ki, hər il ölkəyə gələn xarici turistlərin sayında artım qeydə alınır.

Azərbaycan dövləti azad medianın inkişafında maraqlıdır

8 Sentyabr 2017 15:11

Bu gün müstəqil Azərbaycanda söz və ifadə azadlığı yüksək səviyyərə təmin olunur. Etiraf edilməlidir ki, Azərbaycanda demokratiyanın təməl prinsiplərindən olan söz və mətbuat, informasiya əldə etmək, sərbəst toplaşmaq kimi azadlıqların təmin olunması sahəsində atılan addımlar bir sıra ölkələr üçün örnək hesab oluna bilər.

İdarə rəisi: “Vətəndaşların Azərbaycan sərhədini keçmədən xaricdən diplom alması faktları var”

7 Sentyabr 2017 17:29

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi 2015-ci ilin dekabr ayında yaranıb və artıq idarənin yaranmasından 1 il 6 ay zaman keçir.  Qurumun fəaliyyəti 2 istiqamətdə - akkreditasiya və nostrifikasiya (xarici ölkə diplomlarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsi) üzrə qurulub.

Azərbaycanda siyasi plüralizm ənənələri formalaşıb

7 Sentyabr 2017 16:29

Günümüzdə müstəqil Azərbaycan Respublikası demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətin bütün norma və prinsiplərinə ən yüksək səviyyədə əməl edir, onların daha da inkişaf etdirilməsi istiqamətində sistemli, davamlı addımlar atır. Demokratik cəmiyyətin vacib elementlərindən birinin siyasi plüralizm olduğunu nəzər alsaq, əminliklə deyə bilərik ki, ölkəmizdə bu prinsipə də ən yüksək səviyyədə riayət olunur, siyasi azadlıqlar təmin edilir, qorunur. Elə Qlobal Araşdırmalar Liqasının rəhbəri Azər Verdiyev də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Verdiyev ölkədə siyasi plüralizmin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, atılan addımlardan danışıb.

Azərbaycanda dini plüralizimin təmini gündəlik həyat tərzimizdə aydınlıqla müşahidə olunur

5 Sentyabr 2017 16:33

Ölkəmiz qanunun aliliyinin və bütün azadlıqların mövcud olduğu, birlik, mərhəmət və multietnik yaşamın hökm sürdüyü bir cəmiyyətə sahib olmaqda demokratik təkamül yolu keçib. Uzun illərdir Azərbaycanda yaşayan milli və qeyri-milli azlıqlar Azərbaycan xalqı ilə istiqanlı münasibətlər çərçivəsində ünsiyyət qurduğundan xalqımız milliyyətindən, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün toplumlara hörmət və tolerantlıqla yanaşıb.

"Bakıdan getdiyimə görə peşmanam" - Hacı Zeynalabdinin nəticəsi

31 Avqust 2017 16:29

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin nəticələrinin bir qismi hazırda Rusiyada yaşayırlar.