Müsahibə

Məleykə Əsədova: “Çox istedadlıyam, gözələm, ona görə məni qısqanırlar”

13 Oktyabr 2017 15:28

(Gülür). Əhvalım yaxşıdır. Hətta lap əladır. Bizim sevincli günlərimiz saylarla olur. O günlər də premyeralara düşür. “Cəhənnəm sakinləri” tamaşasının premyerasını keçirmişik, çox gözəl, çox səviyyəli və uğurlu tamaşa alınıb. Tamaşaçı alqışı, tamaşaçı sevgisi mənim üçün əsas şərtdir. Siz özünüz də görürdünüz ki, alqış səsi bitmək bilmirdi. İnsanlar zalı tərk edib teatrdan ayrılmaq istəmirdilər. Mənim üçün bundan böyük hansı hədiyyə ola bilər? İnanın, o alqışların səsi hələ də qulaqlarımdan çəkilməyib. Ona görə dedi-qodular, böhtanlar məni incitsə də, sındırmır. Çünki insanlar məni sevirlər.

“Gəncliyin nə olduğunu hiss etməmişəm” - Keçmişdəki mən

13 Oktyabr 2017 14:34

Gənclik illərini asan keçirməyib. Kinoya, teatra, gəzməyə getməyə nə imkanı olub, nə də həvəsi. Oxuyub, əsas vaxtını təhsilə sərf edib. Amma bunun üçün peşman deyil. Çünki o zəhmətini bəhrəsini sonralar görüb və bu gün də hiss edir. Müsahibimiz AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovdur.

Mövzulara bardağın nə qədər hissəsi doludu yox, nə qədəri boşdu məntiqi ilə yanaşıram...

10 Oktyabr 2017 14:21

Bir neçə ölkədə fərdi sərgiləri təşkil olunan Pərviz Əsədov öz rəsm əsərləri ilə hər kəsi təəccübləndirməyi bacarır. Əsərlərini kətan, kağız üzərində yox dəri üzərində “canlandıran” rəssam bunu ilk dəfə özünün etdiyini bildirir. Hal – hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan və fəaliyyət göstərən rəssam Pərviz Əsədovla birgə onun sənət dünyası ilə tanış olmağa çalışdıq.

Tanınmış aktyorla direktor üz-üzə: "Mənə şər-böhtan atıb işdən çıxardı" - Böyük QALMAQAL

10 Oktyabr 2017 13:29

Əslində İrəvan Teatrında narazılıqlar uzun illərdir ki, var. Sadəcə heç kim biruzə vermirdi. Hamı hər şeyin nə vaxtsa yaxşı olacağına ümüd edirdi. Fikirləşirdik ki, biz də başqa teatrların aktyorları kimi yaxşı tamaşalar, rollar oynayarıq. Mən azdan-çoxdan tanınıram, amma teatrımızda elə aktyorlar var ki, içləri yaradıcılıq eşqi ilə yanır. Nə etsinlər ki, onlara şərait yaradılmır. Səlahiyyət təkcə teatrın direktoru İftixar Piriyevin əlindədir. O da ürəyi necə istəyir, elə də edir. Heç kim istəməzdi ki, teatrda problem yaransın. Bizim kollektiv kimi mehriban kollektiv yox idi. Amma rəhbərlik teatrda elə bir şərait yaradıb ki, biz aktyor yoldaşlarımız ilə də üz-üzə qalırdıq. Mən teatra dünən gəlməmişəm. Bu teatr bərpa olunan gündən, yəni 1989-cu ildən mən burada çalışıram. Bu gün teatrımızdakı mövcud problemlərlə bağlı dözməyib ölkə KİV-lərində tənqidi fikirlərimi və müsahibələr vermişəm. Teatrın direktoru İftixar Piriyevlə aramızdakı problemlər də elə oradan başladı.

Azərbaycan bütün demokratik prinsiplərə sadiqdir

9 Oktyabr 2017 16:31

Azərbaycan tarixində ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra demokartik cəmiyyətin bir üzvü olaraq əsas hüquq və prinsiplərin təmin olunması, onların qorunub inkişaf etdirilməsi sahəsində məqsədyönlü, təqdirəlayiq addlmlar atmağa başladı. Tədricən bütün istiqamətlərdə tərəqqi və inkişaf kimi müsbət tendensiya özünü göstərdi. Bir faktı da etiraf etmək lazımdır ki, müxtəlif sahələr üzrə tərəqqi, inkişaf əsasən 1993-cü ilin yay aylarından sonra özünü göstərdi.

Radikaların ən böyük arzusu ölkədə ictimai-siyasi sabitliyi pozmaqdır

9 Oktyabr 2017 14:22

Ötən həftə sonu müxalifətin radikal qanadının təmsil olunduğu Milli Şura adlanan qurum növbəti etiraz aksiyasını keçirdi. Həmişə olduğu kimi bu dəfə də cəmiyyətin ciddi dəstəyini görməyən aksiya radikalların siyasi etikadan kənar, qərəz, böhtan dolu çıxışları ilə yadda qaldı. Məlumat üçün qeyd edək ki, mitinqdən əvvəl radikallar, şəxsən AXCP sədri Əli Kərimli sosial şəbəkə vasitəsilə demək olar ki, hər saat, hər dəqiqə aksiyaya çağırış etsə də, lakin xalq bu dəfə də radikal müxalifətin etirazlarına dəstək verməyərək aksiyalar üçün sosial sifarişin olmadığını ortaya qoydu.

Gürcüstandakı soydaşlarımız seçkilərə necə hazırlaşır?

9 Oktyabr 2017 13:22

Məlum olduğu kimi qonşu Gürcüstanda oktyabr ayının 21-də yerli özünüidarəetmə oqranlarına seçkilər keçiriləcək. Bu seçkilər olduqca önəmlidir və seçkilərin nəticəsi ölkənin siyasi ab-havasında ciddi təsirə malikdir.

"Əbülfəs Qarayev təyyarədə mənə dedi ki, çobana oxşamırsan" — Pərvin Səfərovla MÜSAHİBƏ

9 Oktyabr 2017 12:57

Avqust ayında Türkiyə mediasında videolarım, xüsusən də "Nazəndə sevgilim" gündəm oldu. Ondan sonra televiziyalarda göstərildi, türk məşhurlar bu barədə paylaşımlar etdilər. "Acunmedia"nın əməkdaşları sosial şəbəkə vasitəsilə mənimlə əlaqə saxlayıb dedilər ki, sizin  “O səs Türkiyə”də iştirakçı olmağınızı istəyirik

Mətanət biabir etdi: "Yekə arvadsan, niyə ölüb, yerə girmirsən?!"

4 Oktyabr 2017 13:45

Heç vaxt qıcıqlanmıram, çünki gizlin işım yoxdur. Gözəllik bizdə genetikdir, anam da gözəl bədən quruluşuna malik olub. Həmişə biz bacıların gözəlliyindən danışılıb. Amma gözəlliyimiz iynə olub, batıb pis gözlərə. Bəzən özümün də qulağıma çatır, deyirlər ki, Mətanət plastik əməliyyatlar etdirərək gözəlləşib.

Azərbaycan siyasi plüralizm ənənəsinə sadiqdir

3 Oktyabr 2017 15:44

Azərbaycan bu gün demokratik bir ölkə olaraq özünün inkişaf dövrünü yaşayır.  Müstəqillik əldə etdikdən sonra ölkəmizin həyatında baş verən yeniliklər bütün sahələri əhatə edir ki, hər bir sahədə də ayrı-ayrılıqda tərəqqi, inkişaf tendensiyaları özünü göstərir. Bu müsbət tendensiyanı siyasi sahəyə də aid etmək mümkündür. Məhz siyasi sahədə həyata keçirilən məqsədypnlü addımlar, görülən işlər, həyata keçirilən islahatlar günümüzdə Azərbaycanı demokratik dəyərlərə sahib bir ölkəyə çevririb.

Qərbin özündə də insan hüquq və azadlıqlarının pozulduğunun şahidi oluruq

3 Oktyabr 2017 14:24

Hazırda bütün Avropa, eləcə də dünyanın diqqəti İspaniyada, daha doğrusu müstəqillik referendumu keçirən Kataloniyada bölgəsindədir. Həftə sonu ümumxalq səsverməsində müstəqillik mövqeyini ortaya qoyan katalonlar səsəvermənin sevincini ürək dolusu yaşamadan mərkəzi Madrid tərəfindən ciddi təzyiqlər, təqiblərlə üzləşdi. İspan polisi müstəqilik arzusunda olan katalonlara qarşı xüsusi qəddarlıq nümayiş etdirərək onlara fiziki zor tətbiq etdi. Nəticədə yüzlərlə dinc etirazçı müxtəlif dərəcəli xəsarət aldı.

Məşhur türk həkimdən SENSASİYALI müsahibə

2 Oktyabr 2017 18:52

Bu gün dünya əhalisinin böyük bir hissəsi xroniki baş ağrıları olan "miqren" diaqnozundan əziyyət çəkir. Son günlərədək müalicəsinin olmadığını düşündüyümüz bu xəstəliyin çözümünü məşhur türkiyəli həkim Emel Gökmen tapıb. Emel xanım həmçinin müalicəsi olmayan fibromialgiya diaqnozunun qoyulması və müalicə üsullarını da müəyyən edib.

Xalq artisti: "O, məni özündən uzaqlaşdırmayan yeganə məşuqəmdir"

29 Sentyabr 2017 11:59

Zaman onu zahirən dəyişib. Amma qəlbi, düşüncələri, həyata, dostlara olan münasibəti heç dəyişməyib. Gəncliyindən necə "komsomol Ramiz"dirsə, eləcə də qalıb. Tanıyanlar onun barəsində "sözübütöv, kişi adamdır", deyir. Tamaşaçıları üçün o, misilsiz aktyordur. Mənimsə ona xüsusi müraciətim var: "bakılı balası"... Aramızdakı yaş fərqinə baxmayaraq, bu səmimi müraciətimdən heç vaxt inciməyib. Amma yox... bu dəfə incikliyini bildirdi: "unutmusan məni, çoxdandı dərdləşmirik"- dedi. Və biz oturduq... dərdləşdik.