Müsahibə

Qalmaqal yaradan addım: “İsgəndər” niyə ləğv edildi?

22 Yanvar 2018 12:25

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu 69 maddədən ibarət Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Artıq bir neçə gündür ki, yeni qaydalar ətrafında yaranmış qalmaqallar səngimir. Yeni dəyişikliklər ictimaiyyətdə böyük müzakirələrə, mübahisələrə və hətta bəzi məqamlarda tərəflərin bir-birilərini təhqir etmələrinə səbəb olub.

Dilçilik İnstitutunun şöbə müdiri yeni orfoqrafiya təkliflərini YIXIB- SÜRÜDÜ

18 Yanvar 2018 15:40

Son günlər orfoqrafiya qaydalarına təklif edilən dəyişikliklər cəmiyyətin əsas müzakirə mövzusudur. Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan “Azərbaycan dilinin orfoqrafiya qaydaları” bir aylıq müzakirə üçün ictimaiyyətə təqdim edilib. Müzakirə əsnasında ortaya çıxacaq məqbul təkliflərə yaşıl işıq da yandırlıb.

“Əvvəllər komandamızda dopinqdən istifadə adi bir hala çevrilmişdi”

18 Yanvar 2018 14:56

Keçən ilin son aylarında Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) kadr dəyişiklikləri həyata keçirildi və federasiyanın prezidentinin əmri ilə AAAF-da baş məşqçi vəzifəsinə Asif Məmmədov, federasiyanın 1-ci vitse-prezidenti vəzifəsinə isə Tofiq Heydərov təyin olundu. Məlumat üçün bildirək ki, Tofiq Mirhəsən oğlu Heydərov 2010 və 2016-cı illərdə AAAF-ın vitse-prezidenti seçilib. 

Azərbaycanın inkişafına təkan verən Dövlət Proqramları

15 Yanvar 2018 17:00

2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın simasını tamamilə dəyişdi desək yanılmarıq.  Proqramın uğurla icrası nəticəsində bölgələrdə infrastrukturun yaradılması, təhsil və səhiyyə müəssisələrinin inşa edilməsi, yeni açılan istehsal müəssisələri, zavid və gabriklər hesabına əyalətlərdə iş yerlərinin yaradılması bölgə insanlarının sosial sifah halını yaxşılaşdırmaqla yanaşı,  eyni zamanda kəndən şəhərə olan axının da qarşısını aldı.

Cəmiyyətin inkişafını peşəkar və hazırlıqlı gənc mütəxəssislər olmadan təsəvvür etmək mümkün deyil

15 Yanvar 2018 13:51

Bu gün istər Azərbaycanda, istərsə də digər ölkələrdə tanınmış şirkətlər, aparıcı müəssisələrin əsas diqqət yetirdiyi sahələrdən biri də (HR) insan resursları sahəsidir. Bir qayda olaraq inkişaf etmiş ölkələrdə şirkətlər müasir HR xidmətinin vacibliyini anlayır və buna görə də HR mütəxəssislərini strateji tərəfdaş qismində görürlər. 

Azərbaycan üçün unikal şərait yaranıb

15 Yanvar 2018 13:40

Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar 2018-ci illə bağlı müəyyən gözləntilər, ümidlər olsa da. Lakin ilin ilk günlərindən tərəflər arasında yaşanan olaylar, xüsusilə Ermənistan tərəfinin cəbhə xəttində yeni təxribatlara əl atması bütün ümidləri puça çıxarıb. Hətta vəziyyətin bu həddə davam etməsi fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın vaxtlarda bir araya gələcəyi də mümkünsüz görünür.

“Ermənistanı güzəştə getməyə məcbur etməliyik”

11 Yanvar 2018 14:25

Azərbaycanın xarici siyasətində əsas hədəflərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir. Bu baxımdan, yola saldığımız 2017-ci ildə də problemin həlli məqsədilə sülh danışıqları davam etdirilib, Minsk qrupunun həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə  prezidentlər, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Bu görüşlərin ümumi yekunu, 2018-ci ildə bu istiqamətdə atılacaq addımlar və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov cavablandırır.

“Bu gün heç bir xarici dairə radikal müxalifətlə maraqlanmır”

10 Yanvar 2018 14:06

Məlum olduğu kimi bu il həm də seçki ilidir. Son Konstitusiya dəyişikliyindən sonra keçirilən ilk prezident seçkilərinin nəticəsinə əsasən ölkənin bir nömrəli postuna seçiləcək şəxs əvvəllər olduğu kimi 5 il deyil, 7 il idarə edəcək. Artıq qeyri-rəsmi olsa da, iqtidar düşərgəsində seçki hazırlıqlarına start verilib. Və hakim Yeni Azərbaycan Partiyasında bu istiqamətdə müəyyən işlər görülür. Bəs görəsən, müxalifət düşərgəsində vəziyyət necədir? Müxalifət partiyaları prezident seçkilərinə necə hazırlaşır? Bu və digər suallarla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycan iqtisadiyyatının inişafının əsasını təşkil edir

9 Yanvar 2018 16:31

Müstəqil Azərbaycanın sürətli inkişafı, onun iqtisadi imkanlarının artması, eləcə də ölkədə işsizlik probleminin həlli və əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikanın hər bir bölgəsində uğurla, nəzərdə tutuıan plana uyğun şəkildə icra edilir. İstər iri şəhərlər, istər paytaxtda kifayət qədər uzaq olan bölgələr, istərsə də ucqar dağ rayonlarında proqram çərçivəsində qarşıya qoyulan məqsədlər, hədəflər reallaşdırılır. Respublikanın hər bir bölgəsində olduğu kimi Xaçmaz rayonunda da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əvvəlki proqramlar kimi uğurla icra edilir.

“İran hadisələri başlanğıcdır, növbədə Əfqanıstandır” - Türkiyəli alim

8 Yanvar 2018 15:08

“Əfqanıstanda proseslərin gərginləşərək nəzarətdən çıxacağı qənaətindəyəm”. Türkiyə İbn Haldun Universiteti Beynəlxalq Münasibətlər Bölməsinin rəhbəri, dosent Talha Köşə “Star” qəzetinə müsahibəsində İranda baş qaldıran son etirazların bölgə ölkələrinə mümkün təsirini dəyərləndirib.

Televiziyada insan amili hər şeydən vacibdir

8 Yanvar 2018 14:06

Bu gün ölkədə fəaliyyət göstərən yerli telekanallarda yayımlanan müxtəlif səpkili verilişlərə ümumi nəzər salmaq istədik. Buna görə uzun illər müxtəlif televiziya şirkətlərində rəhbər vəzifələrdə çalışan və hazırda “Azad Azərbaycan” teleradio şirkətinin Bədii Şuranın sədri əməkdar jurnalist, prof.Etibar Babayevlə görüşüb söhbət etdik.

Bu il Qarabağ üçün əlverişli olacaq

5 Yanvar 2018 12:51

2017-ci ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi irəliləyişə nail olunmasa da, son aylarda problemin həlli yönündə artan diplomatik hərəkətlilik müəyyən mənada ümidlər yaradır. Xüsusilə, 2018-ci ilin ilk aylarında Azərbaycan vı Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə yayılan xəbərlər və artıq həmin görüşə hazırlıq istiqamətində atılan addımlar Elmar Məmmədyarovla Edvard Nalbəndiyan arasında baş tutacaq görüşün məhsuldar keçəcəyi ehtimallarını yaradır. Ancaq elə xarici siyasət idarəsi rəhbərlərinin görüşünə ciddi haazırlıq getdiyi ərəfədə Ermənistanın xarici işlər nazirinin söylədiyi bəzi fikirlər və Azərbaycanın sülhə maraqlı olmaması barədə sısləndirdiyi iddialar, ittihamlar onu deməyə əsas verir ki, İrəvan bu dəfəki danışıqlar prosesinə də ciddi cəhdlə mane olmağa çalışır.

Ər-arvad boşananda borcları kim ödəməlidir?

4 Yanvar 2018 14:07

Hazırda ölkədə müşahidə olunan boşanmaların sayının artımı fonunda əmlak bölgüsü və alimentin məsələsi aktuallıq təşkil edir. Sözügedən məsələlərlə bağlı qanunvericilikdə konkret müddəaların olmasına baxmayaraq onların təıtbiqi zamanı yaranan anlaşılmazlıqlar mübahisələrin uzun müddət davam etməsinə səbəb olur. Bu və ya digər məsələlərlə bağlı suallarımızı vəkil Rövşən Qasımov cavablandırır.

Ermənistan bir daha öz qeyri-konstruktiv mövqeyini sərgilədi

4 Yanvar 2018 13:22

Artıq 2018-ci ilin bir neçə gününü yaşayırıq. Başa vurduğumuz 2017-ci il iqtisadi və siyasi, sosial, humanitar, eləcə də beynəlxalq münasibətlər sistemində yadda qalan il olsa da, lakin Dağlıq Qarabağ probleminin həlli baxımından keçən il heç də Azərbaycan üçün uğurlu olmadı. Bəs görəsən, cari ildə gözləntilər nədən ibarətdir? Yaxın vaxtlarda baş tutacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü problemin həllinə hansısa formada müsbət təsir göstərəcəkmi? Bu və ya digər suallarla Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.