Bir tarixin salnaməsi
Cahangir Hüseynovun Heydər Əliyevlə bağlı xatirələri
7 Mart 2016 12:29 Müsahibə"Bu parlament binasını tıkdırən şəxsın nəyə görə parlamentdə oturmaq haqqı olmasın!"
Əvvəli ötən sayımızda
Azərbaycanın bu günkü vəziyyəti, əldə etdiyi nailiyyətlər, qazandığı uğurların heç də asanlıqla başa gəldiyini söyləmək doğru olmazdı. Uzun illərin, hətta on illiklərin zəhməti bahasına başa gələn bu günkü inkişafın təməlinin isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu danılmazdır. Təbii ki, əgər uzaqgörən ziyalılar, ictimai-siyasi xadimlər Heydər Əliyevi 90-cı illərdə hakimiyyətə dəvət etməsəydi, bu gün nəinki hansısa inkişafdan danışmaq, hətta Azərbaycanın varlığından söhbət açmaq belə qeyri-mümkün olardı. Çünki ölkəni bürüyən böhran, xaosdan çıxış yolunu yalnız və yalnız Heydər Əliyev çözə bilərdi ki, bunu da bəzi ziyalılar, ictimai-siyasi xadimlər gözəl bilirdi. Məhz buna görə də Heydər Əliyevin Bakıya, siyasi hakimiyyətə qayıdışı aktuallığını artırırdı. O dövrdə yaranmış böhran, siyasi xaos vəziyyətindən ölkəni çıxarmağın yollarından ən birincisinin məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından keçdiyi Cahangir Hüseynov üçün də gün kimi aydın idi. O illərdə fəal ictimai-siyasi xadim, millət vəkili olan Cahangir Hüseynov elə bu zərurəti nəzərə alaraq Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı təşəbbüsü ilə çıxış edən ilk insanlardan olub. Həmin dövrün ictimai-siyasi həyatı, baş verən proseslər, Heydər Əliyevin Bakıya dəvət edilməsinin haradan qaynaqlandığı barədə suallara aydınlıq gətirmək üçün sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Cahangir Hüseynov Heydər Əliyevlə ilk görüşü barədə də söhbət açıb.
Məlumat üçün qeyd edək ki, sabiq millət vəkili ilə müsahibə 1992-ci ilin mart ayı ərəfəsində parlamentdə gedən gərgin müzakirələrə, 6 mart tarixində Cahangir Hüseynovun parlamentdəki çıxışına və bundan sonra ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə həsr olunub.
-Cahangir müəllim, bəs həmin vaxt Heydər Əliyevlə hansısa formada əlaqə saxlaya, yaxud fikirlərinizi ona çatdıra bilrdinizmi? Ümumiyyətlə bu işdə sizlərə kim kömək edirdi?
-Parlamentin deputatları Arif Rəhimzadə və Eldar İbrahimov bu işlərdə çox fəal idilər. Eldar İbrahimov bizə Naxçıvandan məlumatlar gətirir, bizi məlumatlandırırdı. Heydər Əliyevin sözlərini, fikirlərini bizə çatdırırdı. O dövrdə AMEA-dan Fərəməz Maqsudov, Hacibala Abutalubov, Ramiz Rzayev, Zahid Qaralov və başqaları ilə akademiyanın Rəyasət Heyətinin binasında toplantı keçırtmək qərarına gəldık. Həmin vaxt Səbail rayon polis şöbəsinin əməkdaşları toplantının keçirilməsinə mane olmağa çalışırdılar. Lakin biz mübarizəmizi davam etdirirdik.
-Həmin dövrdə gənclərdən bu prosesə qoşulan vardımı?
-Əlbəttə. Gənclərdən Ziyafət Əsgərov, Siyavus Novruzov, Abdin Fərzəliyev və başqaları da bu istiqamətdə aktiv mübarizəyə qoşulmuşdu və fəallıq göstərirdilər Parlamentdəki məlum çıxışımdan sonra mənimlə həmfikir olan insanlar məhz bunlar idi. Bundan başqa da onlarla ınsan artıq mübarızəyə qoşulmuşdu. Artıq Yeni Azərbaycan Partiyasının yaradılması məqsədilə hərəkat başlanılmışdı. 'Səs' qəzetındə 1992-cı ılın ıyun ayında "Heydər Əlıyevı biz hakımıyyətə dəvət etməlıyık" başlığı ılə məqalə dərc olundu. 91 nəfər Azərbaycan zıyalıları bu müracıətə ımza atmışdılar. Həmin hərakata da akademık Calal Əlıyev rəhbərlık edırdı. Hətta AXC-nin içərisində də Heydər Əliyevi dəstəkləyən güclər, fikirlər var idı. Həmın dövrdə Ayaz Mütəllıbovun hakımıyyətə qayıdışından qəzəblənən ınsanlar buna kəskın etıraz etdılər. Mınlərlə ınsan Səbaıl rayonunda yerləşən AXC-nın bınasınn qarşısına toplaşdılar. AXC quvvələrı ısə sılahdan ıstıfadə edıb parlamentın bınasını ələ keçırdılər. Əlbəttə bu haqlı etıraz ıdı. Daha sonra 14 mayda fövqəladə sessıya çağırıldı. Artıq Yaqub Məmmədov Alı Sovetın sədrlıyındən ıstefa vermışdı. Alı Sovetın sədrlıyınə Isa Qəmbərın namızədlıyı ırəlı sürüldü. Milli Şuranın üzvü kimi Arif Rəhimzadə də Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsinə namizədliyini irəli sürdü. Bundan sonra isə mən də çıxış edərək Heydər Əliyevın namızədliyini dəstəklədım. Hətta həmin iclas zamanı təklif etdim ki, ya Heydər Əliyevi Ali Sovetin sədri seçək, ya da Milli Şuranın tərkibində koalision hökumət yaradaq. Heydər Əliyev və başqa siyasi qüvvələr də həmin koalision hökumətdə iştirak etsin. Bu həmin dövr üçün daha münasib bir sistem idi.
-Bəs bu təklifə kimlər qarşı çıxdı?
-Təbii ki, o vaxt hakimiyyətə gəlmək istəyən AXC-nin radikal qanadı buna getmədi. Hətta onlar Heydər Əliyevlə telefon əlaqəsi yaratmaq cəhdlərinin qarşısını alırdılar. Cəmiyyəti çaşdırmaq üçün iddia edirdilər ki, Heydər Əliyev şəxsən Ali Sovetin sədri olmaq istəmir.
-Ancaq səhv etmirəmsə 1992-ci ildə Ali Sovetdə Heydər Əliyevin müdafiəsi məqsədi daşıyan çıxışınız bəzi cəbhəçilər tərəfindən bəyənilib
-Bəli. Hətta həmin çıxışdan sonra AXC-dən olan Tahir Kərimov mənə yaxınlaşaraq bildirdi ki, çox doğru və gözəl çıxış etdin. Yəni AXC-nin içərisində də Heydər Əliyevi dəstəkləyən güclər, fikirlər vardı. Məhz ona görə də ümummilli liderin hakimiyyətə qayıdışı sürətli proses aldı.
-Bəs həmin dövrdə Ali Sovetin üzvlərinin səlahiyyətlərinin məhdudlaşdırılaraq Milli Şuranın yaradılması nə dərəcədə doğru bir addım idi?
-14 may sessıyasında Isa Qəmbər Alı Sovetın sədrı seçıldı. AXC hakımıyyətı elə ılk ıclasda antikonistitusion qaydada parlamentin 390 nəfər üzvünün səlahiyyətini əlindən alaraq 50 nəfərdən ibarət Milli Şuraya verdi . Bildirildi ki, qanunverici hakimiyyət Milli Şura tərəfindən idarə olunacaq. Ancaq dünya praktikasında və hüquqda belə bir şey yox idi ki, xalq tərəfindən seçilmiş parlamentin üzvlərinin səsi əllərindən alınaraq onların fəaliyyəti dondudurulsun. Mən bu addıma qarşı parlamentdə etirazımı bildirdim və qeyd etdim ki, dünya parlament praktikasında belə bir hal yoxdur ki, parlamentin üzvlərini səlahiyyətləri dondurulsun. Təklif etdim ki, parlament buraxılmalı və yeni seçkilər təyin olunmalıdır. Lakin silahla hakimiyyətə gələn AXC hakimiyyəti bunlara heç bir əhəmiyyət vermədi. Mən ertəsi gün Milli Şuraya üzv qəbul edilmək barədə ərizə ilə müraciət etdim. Ərizəmdə də göstərdim ki, artıq milis rəisi kimi vəzifəmdəm istefa verib Milli Şuranın üzvü kimi fəaliyyət göstərmək istəyirəm. Təbii ki, mənim ərizəmə heç bir reaksiya bildirilmədi və səsə qoyulmadı. Bir müddətden sonra isə AXC hakimiyyəti total kadr dəyişikliklərinə başladı. Respublikada bütün təcrübəli, sərıştəlı ınsanlar vəzifələrindən kənarlaşdırıldılar. Onların yerinə isə heç bir səriştəsi olmayan insanlar vəzifələrə təyin olundular. Rayonlardakı təsərrufat rəhbərlərındə də kadr dəyişiklikləri həyata keçirildi. Bu siyasət isə respublikanın iqdisadiyyatını daha da gerı apardı. Həmçinin həyata keçirilən siyasət xarici siyasət sahəsində də demək olar ki, uğursuzluqlara gətirib çıxartdı. Tezlıklə mən də Ağdaş rayonundan Biləsuvar rayonuna milis rəisi göndərildim. Əlbəttə ki, bu təyinata qarşı da etirazımı bildirdim. Həmin vaxt Bilasuvar rayonunda kriminogen vəziyyət ağır idi. Iranla sərhəd dağıdılmış, qaçaqmalçılıq halları artmışdı. Mən çətinliklə də olsa qısa müddətdə bu kimi neqativ hallara qarşı mübarizə aparır və baş verən cinayətlərin qarşısını alırdım. 1992-ci ilin oktyabr ayında 9 ayın yekunları ilə bağlı Daxili İşlər Nazirliyinin kolegiyasına dəvət aldıq. Kollegiyada daxili işlər naziri İsgəndər Həmidov Naxçıvanda gedən hadisələrdən qəzəblənib belə bir əmr verdi ki, bütün kollegiyada iştrak edən insanlar səhər Binə aeroportuna gəlsinlər və biz Naxçıvana üçüb Heydər Əliyevi Naxçıvan Milli Məclisinin sədri vəzifəsindən devirməliyik. Əlbəttə, bu gülünc və ağılsız bir hərəkət idi. Ancaq narahat olmağa dəyərdi. Kollegiya iclası başa çatan kimi Prezident Aparatına getdim. Nazirlər Kabinetinin binasında yerləşən prezidentin xüsusi mühafizə xidmətinin rəisi Vaqif Axundovla görüşüb bu hadisələri ona danışdım. Onun müavini, əslən göyçaylı olan, əvvəllər Daxili İşlər orqanının mühafizə idarəsində çalışan və Əbülfəz Elçibəyin yaxın dostu, eləcə də mənin yaxından tanıdığım Oqtay Məmmədov da kabinetə gəldi. O, da mənimlə səmimi görüşdü. Mən Oqtay Məmmədova Daxili İşlər Nazirliyinin Kollegiya iclasında İsgəndər Həmidovun çıxışını xatırlatdım və ağılsız hərəkət etdiyini bildirdim. Əlbəttə ki, Vaqif Axundov və Oqtay Məmmədov bu sözləri eşidib çox narahat oldular. Mən Oqtay Məmmədova dedim ki, siz baş verənlər barədə prezident Əbülfəz Elçibəyə məruzə edin, bu hadisənin qarşısını alsın. Oqtay Məmmədov da öz növbəsində bu hadisənin mütləq prezidentə məruzə ediləcəyini bildirdi. Bu vaxt Nazirlər Kabinetinin ikinci mərtəbəsində yerləşən Vaqif Axundovun otağı qarşısında səs-küy eşidildi. Biz tez dəhlizə çıxdıq. Dəhlizdə Daxili İşlər Nazirliyinin o dövrdəki banditizm idarəsinin rəisi, əvvəllər rejissor işləmiş, İsgəndər Həmidovun yaxın dostu Nizami ətrafına topladığı bir neçə əməkdaşı ilə mühafizə xidmətinin otağına daxil olmaq istəyirdilər. Mühafizə xidmətinin qapıda dayanan əsgəri isə avtomatı onların üzərinə çəkib öz xidməti borcunu yerinə yetirmək məqsədilə onları içəri buraxmaq istəmirdi. Bəlkə də onların məqsədi Nazirlər Kabinetinə gəldiyimi eşidib məni buradan aparmaq idi. Lakin onlar Vaqif Axundovu, Oqtay Məmmədovu mənimlə birgə görüb geri çəkildilər. Biz bu hadisələri maraqla izləyərkən onların, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki nümayəndəsi Həsən Zeynalovu hansısa kabinetdən çıxardıb zorla öz maşınlarına mindirib apardıqlarının şahidi olduq. Mən Oqtay Məmmədova daha əlavə nə isə izah etməyi ehtiyac bilmədim və Ali Sovetə gedərək bu məlumatı Milli Şura üzvlərınə çatdırdım.
-Bəs İsgəndər Həmidovun Naxçıvana səfəri baş tutdumu?
O vaxt daxili işlər naziri olan İsgəndər Həmidovun Naxçıvana səfərinə mane olan amillər, bundan sonra cərəyan edən siyasi proseslərlə bağlı suallara Cahangir Hüseynovla birlikdə növbəti sayımızda aydınlıq gətirəcəyik
Süleyman İsmayılbəyli
Ardı növbəti sayımızda