Mədəniyyət
YUĞ -da “Quş dili”
Dekabrın 7 -də “YUĞ” Dövlət Teatrında “Quş dili” adlı yeni tamaşanın premyerası keçiriləcək. Olaylar.az bildirir ki, Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, Humay mükafatı laureatı Qasım Nağı, aktyorlar Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.
Heydər Əliyevin anım gününə həsr olunmuş elmi seminar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Zirvədən zirvəyə və əbədiyyətə” adlı elmi seminar keçirilib. Seminardan öncə professor-müəllim və tələbə heyəti Universitetdə yerləşən Heydər Əliyev büstünün qarşısına əklil qoyublar.
Rejissor Karin Çapmanın ustad dərsləri yekunlaşdı
British Council Azerbaijan-ın təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetində Birləşmiş Krallıqların teatr rejissoru Karin Çapman tərəfindən ustad dərsləri keçirilib. Universitetin SABAH qrupu Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin və fiziki məhdudiyyətli gənclərin iştirak etdiyi layihənin əsas məqsədi istedadlı gənclərdən ibarət qarışıq tərkibli qrup ilə işləyərək birgə tamaşa üçün yaradıcı xarakter formalaşdırmaqdan ibarət olub.
İslam: "Bunu anamdan soruşun"
"Bircə dəfə serialda çəkilmişəm. Başqa kanallardan təkliflər gəlir, amma istəmirəm". Bu sözləri aktyor İslam Mehrəliyev "ATV kulis" verilişində deyib. "Yanlış anlama" filmi ilə türkiyədə tanınan islam yeni təkliflər aldığını söyləyib: "Türkiyəyə gedən deyir ki, bizi orada qəbul etmirlər. Mən orada elə şey görmədim. Əksinə, elə danışırlar ki, elə bil illərdi tanıyırsan. Bu işin içindəsənsə, sənə eyni dəyər veriləcək. Mənə yeni təkliflər də gəldi. Ərsəyə gəlsin, danışacam.
"Azərbaycan, Qarabağ və sülh üçün oxu" adlı musiqi klipinin təqdimat mərasimi keçirildi
Dekabrın 6-da Nizami Kino Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda hazırlanmış "Azərbaycan, Qarabağ və sülh üçün oxu" adlı musiqi klipinin təqdimat mərasimi keçirilib. Layihənin əsas məqsədi müxtəlif metodlarla bir daha özbək ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə, müharibə nəticəsində torpaqları işğal edilmiş, milli-mədəni irsi dağıdılmış, talan edilmiş və etnik təmizləmə səbəbindən öz yurd – yuvalarını tərk etmiş Azərbaycan xalqının iztirablarını dünya ictimaiyyətinə çatdırmaq, xalqımızın sülhsevər obrazını möhkəmləndirmək olub.
Hadisəyə Azərbaycandan 1 milyonluq TƏKLİF
Müğənni Hadisə Yeni il gecəsi Bakıda səhnəyə çıxacaq. Pop ulduz Azərbaycandan gələn təklifi qəbul edib. Müğənni təzə ilin ilk saatlarına kimi oxuyacağı gecədən 1 milyon Tl (təxminən 450 min AZN) qazanacaq.
Afaq ona təhqir yazan izləyicisinə: "Artıq susmayacağam"
Aparıcı Afaq Gəncəli sosial şəbəkədə ona təhqir yazan izləyicilərinə xəbərdarlıq edib. Aparıcı ona təhqir yazan bir izləyicisini tapdığını söyləyib: "Əziz izləyicilərim, ilk öncə, məni izlədiyiniz üçün təşəkkür edirəm və bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bir müddətdir ki, bütün məhşurların paylaşımlarının altında saxta hesablarla artıq-əskik sözlər yazılır. Belə izləyicilərin əlindən cana gəliblər. Mən də bir müddətdir belə məqamlarla rastlaşsam da, silib susurdum. Lakin artıq kifayətdir.
Xalq artistinin stilist qızının növbəti erməni qalmaqalı
Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın adı yenidən erməni ilə hallanır. Şəfəq sosial şəbəkədə ABŞ-da keçirilən ustad dərslərinə dəvət olunduğunu bildirib. Şəfəqi dəvət edən şəxs isə Alis Ataxanyandır. Stilist paylaşımında Alisin soyadını yazmayıb. Amma Ataxanyan öz səhifəsində erməni məşhurlarla fotolar yayımlayıb. Onunla bağlı internetdəki məlumatlarda erməni olduğu məlumatları yer alıb.
Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib
Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimi olub. Məlumata görə, I vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib.
Röyanın sərt sözlərinə Nadir Qafarzadədən REAKSİYA: “Ağlayanı da yoxdur”
“Röya bəzi radiolarımızı tənqid etdi. Əcəb də etdi. Röya, sən gərək kişi yaranaydın”. Məlumata görə, bu sözləri müğənni Nadir Qafarzadə “Show time” verilişində səsləndirib. O, Əməkdar artist Röya Ayxanın radioları tənqid etməsini müsbət addım olduğunu deyib: “Röya, səndə bir ərlik, igidlik, güc, güvən var. Sənə baxanda sevinirəm ki, sən varsan. Mənim səndən, sənin məndən suyun keçmir. Toyda, konsertdə rastlaşanda salamlaşırıq. Həqiqəti deyən insanam.
“Yuğ” teatrında nə baş verir? Daha bir İSTEFA...
“Yuğ” teatrının aktrisası, əməkdar artist Yaqut Paşazadə teatrdan gedir. Bu haqda aktrisa özü məlumat verib. Onun sözlərinə görə, teatrla müqaviləsi bitib: “Yeni müqavilə imzalamaq istəmirəm. Tetarın hazırki durumu məni qane etmir. Həm inzibati dəyişikliklər, həm də yaradıcı mühit ürəyimcə deyil. Ona görə də teatrdan ayrılıram. Növbəti iş yerimin hansı teatr olacağı da məlum deyil. Hazırda Mədəniyyət və İncəsənət Universitetində “Dram teatrı və kino aktyoru” fakültəsində aktyor sənəti müəllimi kimi çalışıram”.
Məşhur rejissor vəfat etdi
Azərbaycan Kinorejissorlar Gildiyasının verdiyi xəbərə görə, kinorejissor, aktyor və kaskadyor Nadir Müqbilov uzun sürən xəstəlikdən dünyasını dəyişib.
“Qarabağ” silsiləsindən növbəti layihə
Dekabrın 6- da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə AMEA-nın Folklor İnstitutunun birgə layihəsi olan “Qarabağ lətifələri” adlı təbliğat xarakterli nəşrin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, təqdimatda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, baş elmi işçi Aynurə Xudanlı, sektor müdiri İrina Özçoban, metodist Əkbər Rüstəmov, Misir Mədəniyyət mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, AMEA Folklor İnstitutunun, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev çıxış etmişlər.
“Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar” - Elza Seyidcahan
Bakı Slavyan Universitetnin məzunu, jurnalistikada yenicə fəaliyyətə başlayan Əbülfəz Kərimov son vaxtlar ortaya çıxıb meydan sulayan ara şairlərini şeirlə tənqid etmiş və əməkdar artist Elza Seyidcahana söz atmışdı. Bununla bağlı bəstəkar, əməkdar artist Elza Seyidcahan öz fikirlərini bölüşüb.
Əkizlər ağzında saqqızla efirə çıxan sənətçini biabır etdilər: İndi ud saqqızı - FOTO
Bu gün "Hər şey daxil" verilişinin qonaqlarından biri tarzən xanım Humay Qədimova olub. Efirə ağzında saqqız çeynəyə-çeynəyə daxil olan sənətçi verilişin aparıcısıSevil-Sevinc bacılarının sərt iradı ilə qarşılaşıb: "Uşaq vaxtı saqqız ağzımda məktəbə gedirdimsə, müəllimi görən kimi udurdum. İndi də biz saqqızını görmüşük, deyirəm ud saqqızı. İndi, bu saat ud ki, o saqqız olmasın".

.jpg)












