Mədəniyyət

"Suyun rəngli yuxuları"

7 Dekabr 2017 16:04

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Nərmin Fərəcovanın Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Suyun rəngli yuxuları" adlı layihəsi baş tutub. Olaylar.az bildirir ki, layihənin açılışında Gənclər Fondunun nümayəndəsi Mübariz Qadirov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Universitetin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Aslan Xəlilov çıxış edərək, layihə iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, eyni zamanda Ebru sənəti üzrə müəllim Zaur Orucov da öz növbəsində bu sənətin tarixi və növləri haqqında məlumat verib, insan psixologiyasına təsirindən bəhs edib.

"Azərbaycanlılar çox imkanlıdır, bir zənglə bizim məşhurları evlərinə aparırlar" - Türkiyə televiziyası

7 Dekabr 2017 15:32

Türkiyənin məşhur televiziyalarından olan "TV8" telekanalında Azərbaycandan danışılıb.  Türkiyənin TV8 kanalında yayımlanan "Gəl konuşalım" verlişdə aparıcı Hakan Ural və Seda Akgül Hadisənin Yeni ili Azərbaycanda keçirəcəyini deyiblər.

Ermənilərlə işbirliyi olan Xalq artistinin QIZI HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI: "Bəlkə buradan getdim, onlar mənimçün..."

7 Dekabr 2017 15:12

“Bəzi adamların Şəfanın uğurlarını deyil, həyatındakı pis və ermənilərlə bağlı hadisələrdən xəbər tutub onu qabartmağa çalışdıqlarına artıq öyrəşmişəm. İlk növbədə onu qeyd etməliyəm ki, erməni ilə əməkdaşlıq etməmişəm. Məni ittiham edənlər niyə Azərbaycanı İranda, Rusiyada və başqa ölkələrdə peşəkar stilist kimi təmsil etməyimdən danışmırlar? İranda məni qarşılamaq üçün 240 nəfər toplanmışdı, hətta fişənglər atdılar. Niyə xəbər saytları bir dəfə də olsun mənim nailiyyətlərimdən yazmır? Heç olmasa Azərbaycan vətəndaşının başqa ölkədə belə yüksək səviyyədə qarşılanmasından yazardılar... Əsl vətənpərvər insan işgüzar Azərbaycan qadınının yaxşı işlərini üzə çıxartmalıdır. Öz ölkəsi üçün çox işlər görən insanı cəmiyyətə təqdim etməli idilər. Qoy hamı bilərdi ki, Azərbaycanda belə xanımlar da var. Həmişə sadə insan olmuşam, özümü tərifləməyi özümə rəva görməmişəm. Amma daha susmayacam”.

Məmməd Səid Ordubadinin əsəri Akademik Milli Dram Teatrın səhnəsində

7 Dekabr 2017 14:33

Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası hazırlanır. Teatrın mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, son məşqləri gedən iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

"Əlimi çəkib getsəydim, yaxşı oğlan olardım?" - İslam Oksanaya

7 Dekabr 2017 14:26

Aktyor İslam Mehrəliyev rəqqasə, keçmiş dostu Oksana Rəsulova ilə küsülülüyündən danışıb. Aktyor "Atv kulis" verilişində bildirib ki, artıq münasibətləri yoxdur. O, hətta aktyor Elcan Rəsulovla da küsülü olduğunu deyib: "Oksana gözəl, istedadlı xanımdır. Bu, oyundur. Ona zərbə endirmədim. Sadəcə, oyunda qalmaq üçün mübarizə apardım. İndi Oksana ilə də, Elcanla da münasibətimiz soyuyub. Finalda əlimi çəkib getsəydim, yaxşı oğlan olardım?

Firəngiz Mütəllimova: “Əhd eləmişəm ki, Şuşa alınsın, mədəniyyət evinin qabağında ayaqyalın oynayacam”

7 Dekabr 2017 13:52

Mənim şəhərim, mənim Şuşam alınsın, mədəniyyət evinin qabağında ayaqyalın oynayacağam. Qar da yağsa oynayacağam, yağış da. Əhd eləmişəm...  

İntim görüntüləri yayılan Nağılbazın bu dəfə Toy VİDEOsu yayıldı - VİDEO

7 Dekabr 2017 13:02

Reper Anar Nağılbazın şəxsi həyatı bir neçə gündür ki, yerli medianı məşğul edən əsas mövzudur. Nağılbazın həyat yoldaşı Anajelika Anar haqqında sensassional açıqlamalar verib. Bundan sonra tərəflər bir-birinin ünvanına nalayiq fikirlər səsləndiriblər.

"Mən bunu bilə-bilə susuram" - Nazpəridən İDDİALI AÇIQLAMA

7 Dekabr 2017 12:48

"5/5" veriliində Zaur Kamal qonağı olan xalq artisti Nazpəri Dostəliyevaya şeir həsr edib. Canlı yayımda xanım müğənniyə həsr etdiyi şeirini oxuyan Zaur üzünü Nazpəri Dostəliyevaya tutaraq "Kim yazıb bunu de?" soruşub.

Xalq artisti gənc müğənniləri tənqid atəşinə tutdu: 80 faizinə qulaq asa bilmirəm

7 Dekabr 2017 12:39

"5/5" verilişinin qonağı olan xalq artisti Nazpəri Dostəliyeva odlu-alovlu açıqlamaları ilə yadda qalıb. Xalq artisti studiyada mahnıları səslənən müğənniləri tanımamağının səbəbini aşağıdakı sözlərlə izah edib: "Gənclərin, demək olar ki, mən 80 faizinə qulaq asa bilmirəm.

"Səhər universitetdə dərs deyir, axşam stollarda oynayır" - Namiqdən ŞOK AÇIQLAMA

7 Dekabr 2017 12:14

"Xəzər" telekanalında Zaur Kamalın verilişinin qonaqları olan xalq artisti Nazpəri Dostəliyeva və Namiq Qaraçuxurlu bir-birindən iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşüblər. 

Nazpəridən Xatuna: "Tanımıram, tanımaq da istəmirəm"

7 Dekabr 2017 09:04

Bu gün Xəzər TV-də yayımlanan "5/5" proqramında qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva müğənni Xatun Əliyevanın xoşuna gəlməyəcəyi sözlər işlədib. Aparıcı Zaur Kamal verilişdə yeni rubrika təqdim edib. Rubrikanın qaydalarına əsasən, gələn qonaqlar səslənən mahnıları kimin ifa etdiyini tapmalıdır. Nazpəri Dostəliyeva Abbas Bağırov, Günay İbrahimli, Samir Piriyev və başqa ifaçıları səsindən tanımasa da, Şəbnəm Tovuzlu ilə Xumar Qədimovanı tanıyıb.

Müslüm Maqomayevin xatirəsi Musiqi Mədəniyyəti Dövlət Muzeyində yad olunub

6 Dekabr 2017 20:20

Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli estrada və opera müğənnisi, Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə qonaqlar unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr edilmiş “Müslüm Maqomayev – 75” adlı fotosərgiyə baxıblar. Sonra M.Maqomayevin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

Həftəsonu Gənc Tamaşaçılar Teatrında

6 Dekabr 2017 20:14

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftə sonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib etmişdir. Hər zaman olduğu kimi teatr kiçik yaşlı tamaşaçıları sevindirməkdə davam edir. Kollektiv dekabrın 9-da saat 12:00 və 14:00-da P.Panço “ Dörd əkizin nağılı”, dekabrın 10-u eyni saatlarda Ş.Perro “Çəkməli pişik” tamaşalarını kiçik yaşlı tamaşaçılarına təqdim edəcək.

"Azərbaycan bədii tikmə sənəti" mövzusunda mühazirə

6 Dekabr 2017 20:10

Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan bədii tikmə sənəti” mövzusunda mühazirə təşkil olunub. Olaylar.az bildirir ki,  mühazirəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekan müavini, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Türkan Abbasova aparıb.