Mədəniyyət
Röyanın mükafat alması Türkiyədə narazılıqla qarşılandı: "Bunu kim buraxıb səhnəyə?"
Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar artisti Röya Ayxan "Altın Kelebek" mükafatına layiq görülüb. Röyanın "Azərbaycanın ən parlaq ulduzu" mükafatını alması Türkiyədə birmənalı qarşılanmayıb.
“Ceyms Coysun “Uliss” romanı və ədəbiyyatda devrim” – İradə Musayevadan yeni kitab
Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi-ədəbiyyatşünas alim İradə Musayevanın “Ceyms Coysun “Uliss”romanı və ədəbiyyatda devrim” adlı kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məmməd Qocayev, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Rəyçilər: filologiya elmləri doktoru, professor Cəlil Nağıyev və filologiya üzrə fəlsəfə doktoru, Vilayət Hacıyevdir. Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın irlandiyalı yazıçı Ceyms Coysun “Uliss” romanından bəhs edən kitabı hissə-hissə Kulis.az saytında yayımlanmış və geniş oxucu auditoriyasının diqqətini cəlb etmişdir.
Dadodan son AÇIQLAMA - “Əsəblərimizə hakim ola bilmədik”
Müğənni Natavanın keçmiş əri Səid Əliyev (Dado) ayrılmaları ilə bağlı açıqlama yayıb. O, rəsmi "İnstaqram" səhifəsində bunları yazıb: "Bu gündən sonra bütün söhbətlərə son! Natavan xanımı mən məcbur elədim ki, boşanmağımız barədə açıqlama versin. O, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəblərimizə hakim ola bilmədik. Mən açıqlama ilə bağlı onu məcbur edərkən instaqramda yazacağına inanmadım. Mənim ucbatımdan oldu”.
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı - SƏBƏBİ?
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb. Nadirov açıqlamasında bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət edilsə də, məsuliyyətsizlik edərək getməyib:
Qızğın rəqabət sona YETDİ - "ALTIN KELEBEK"i bu azərbaycanlı müğənni QAZANDI - FOTO
Bu gün 44-cü "Altın Kelebek" Mükafatları öz sahiblərinə verilib. Bu il ilk dəfə kateqoriyalar arasında "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası təşkil olunub. Yerli ulduzlardan Əməkdar artist Röya Ayxan, müğənnilər Miri Yusif və Nigar Camal bu nominasiya üzrə yarışıblar.
Azərbaycanlı müğənni ərindən boşanan Natavan Həbibinin YALANINI İFŞA ETDİ
Azərbaycanlı müğənni Lətifə Soyuöz boşanma xəbəri ilə maqazin gündəmini alt-üst edən Natavan Həbibini ifşa edib. Natavan Həbibi ilə reper Dado haqqında yayılan yeni xəbər şübhə yaradıb.
İlhamə Quliyevanın oğlu həbs olundu
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov bu gün Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
“Ümid” qısametrajlı tələbə filmi nümayiş olundu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə ötən il baş vermiş qəzada itgin düşən neftçilərə həsr olunmuş “Ümid” qısametrajlı filmi nümayiş olunub. Filmin ssenari və ideya müəllifi Universitetinin Kino və televiziya fakültəsinin II kurs tələbəsi Hökümə Sadıq qızına məxsusdur.
Azərbaycanlı rejissor Moldovada tamaşa hazırlayır
Tural Mustafayev tamaşa hazırlamaq üçün Moldovanın D.Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət olunub. Olaylar.az bildirir ki, həmyerlimiz teatrın 20 illik yubileyi münasibəti ilə Moldova teatrında Con Patrikin “Əziz Pamela” əsərinə quruluş verir. Teatrın rəhbəri Mixail Konstantinovun sözlərinə görə, qaqauz dilində oynanılacaq tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, dekorçu rəssamı Dmitri Stefogiodur. Janrı komediya kimi təyin olunan səhnə əsərində Elena Danaji, Mixail Konstantinov, Anatoli Radulov, Nataliya İvançuk, Dmitri Zirov, Valentina Gümüşlü və İliya Haci, Rinat Radov çıxış edirlər. “Əziz Pamela” tamaşasının premyerası 10 dekabr tarixinə planlaşdırılıb.
Bəstəkarlar İttifaqı Tofiq Quliyevin 100 illiyi münasibətilə müsabiqə elan edir
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə “Tofiq Quliyev adına estrada mahnı janrında I respublika müsabiqəsi” elan edib. Olaylar.az bildirir ki, müsabiqədə əsas məqsəd unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi və mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etməkdir.
Nağılbazın keçmiş arvadı: "Əlimdə elə dəlillər var ki, Anarı bir saata bitirər"
“Tiflisə göndərmişdik ki, oradan Praqaya keçsin. Lakin pulları kefə-damağa xərcləyərək, bir əxlaqsız qadından siflis xəstəliyinə yoluxdu. Buna görə Tiflisdə karantin edilərək həmən Praqaya yollamışdılar”.
Qonşuları Könül Kərimovadan gileyləndi: "Kasıb olduğumuza görə toya çağırmadı"
Müğənni Könül Kərimovanın qonşuları ondan gileylənib. Lent.az-ın məlumatına görə, " 5/5” verilişi ifaçının qonşularından müsahibə alıblar. Sakinlər bildiriblər ki, K.Kərimova qonşularını kasıb olduğuna görə toya çağırmayıb: "Biz kasıbıq deyə yəqin bizi dəvət etməyib. Onun qızının toyunda varlılar iştirak edib”.
Afaq: “Bu şəkillərim bir çox kişilərin nəfəsini kəsəcək”
Azərbaycanlı müğənni Afaq Aslan növbəti dəfə səs-küyə səbəb olacaq fotosessiya etdirib. Müğənni bildirib ki, bu şəkillər yeni həyata keçirəcəyi layihə üçündür: "Mən hər zaman demişəm ki, gözəl olmayan qadın yoxdur. Sadəcə baxımsız qadın var. Mən özümü çox cazibədar qadın sayıram. Məsələn, mən Afaqın bu şəkillərim bir çox kişilərin nəfəsin kəsəcək. Bu şəkillərə görə məni tənqid edənlər çox olacaq.
Nazir qohumuna ərə gedən Aygün üçün ev qiymətinə gəlinlik
Əməkdar artist Aygün Bəylərin toy hazırlığı davam edir. Sənətçinin gəlinliyi Türkiyədə sifariş olunub. Müğənninin donunu Türkiyənin məşhur stilistlərindən biri hazırlayır. Ağ gəlinlik üçün Aygün Bəylərin həyat yoldaşı 30 min ABŞ dolları ödəyib.
Natavan depressiyaya düşüb?
Bir neçə gündür ki, həyat yoldaşı Səid Əliyevdən (Dado) ayrılmağı ilə gündəmə gələn Natavan Həbibinin instaqram səhifəsi bağlanıb. Yarım milyondan çox izləyicisi olan rəsmi hesab sənətçinin meneceri tərəfindən müvəqqəti olaraq dondurulub. Bildirilir ki, xəbər portalları, sənətçinin dostları, sosial şəbəkə istifadəçiləri Həbibinin adını tez-tez hansısa bir xəbər çıxan zaman işarələyir və sənətçi hər dəfə onların bu addımından narahat olur. Bunun qarşısını almaq üçün səhifə bu həssas dövr bitənə kimi bağlanıb.







.jpg)






