Mədəniyyət

"Pərviz, axı niyə belə edirsən? Məni evdə qohumlarım izləyir" - Verilişdə QALMAQAL- VİDEO

6 Fevral 2018 11:26

"Sayqa ilə bu axşam" verilişində növbəti dəfə qalmaqallı hadisə yaşanıb. ARB televiziyasında yayımlanan verilişin qonaqlarından biri olan Pərviz Bülbülə digər qonaq rəqqasə Xuramana qarşı hörmətsizlik edib. Belə ki, meyxanaçı xanımın rəqsi zamanı üzünü bağlayıb. Bu da öz növbəsində rəqqasə tərəfindən birmənalı qarşılanmayıb.

"Bacıma deyirsən ki, sənin adın oddu, atəşdi?" - Tanınmış aktyor məktəbdə DAVA SALDI - VİDEO

6 Fevral 2018 11:20

Bir neçə gün əvvəl tanınmış aktyor Rza Rzayev Nizami rayonu Ə.Mahmudov adına 220 saylı məktəb-liseydə ibtidai müəllimlərdən qanunsuz hazırlıq pulları yığıldığı barədə məlumat yaymışdı. Aktyor qeyd edirdi ki, 220 saylı məktəbin direktoru 6 ay öncə işdən çıxarılıb və yerinə əvəzedici kimi Tural Mirzəliyev təyin olunub:

Qara Qarayev - 100

6 Fevral 2018 09:24

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Səfir Musiqili Teatrda

6 Fevral 2018 09:16

Mərakeş Krallığının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş Azərbaycan Dövlət Musiqili Teatrında olub. Qurmun mətbuat xidmətindən Olaylar.az - a  bildirilib ki, mötəbər qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə ölkələr arasında qarşılıqlı mədəni əlaqələrdən söhbət açılıb, yaradıcılıq mübadiləsini inkişaf etdirmək üçün yaxın gələcəkdə qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. Hörmətli qonağa Musiqili Teatrın tarixi, yüksək memarlıq üslubu ilə yenidən qurulan inzibati binası, yaradıcı heyətin bugünkü fəaliyyəti və digər məlumatları çatdıran Əliqismət Lalayev səmimi keçən söhbət zamanı “ümüdvaram ki, sizin vasitənizlə ölkələrimiz arasındakı qarşılıqlı mədəni əlaqələr genişlənib daha da inkişaf edəcək”- deyə bildirib.

Brilliant Dadaşovadan Aygün Kazımova haqqında ŞOK SÖZLƏR: “Arxamca süpürə-süpürə...”

5 Fevral 2018 18:50

Xalq artisti Brilliant Dadaşova küsülü olduğu həmkarı Aygün Kazımova haqqında gözlənilməz açıqlamalar verib. Müğənni “Xəzər maqazin”ə açıqlamasında Aygün Kazımova ilə barışması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

Kənan M.M. əməliyyat olundu

5 Fevral 2018 16:54

Rejissor Kənan M.M. əməliyyat olunub. Rejissor özü bu barədə sosial şəbəkə hesabında bildirib. O, müddətdir  sol dizindən əziyyət çəkdiyini qeyd edib: "Sol dizimdə idmanın fəsadları qalmışdı. Çoxdandır məni incidirdi. Bu gün əməliyyat olundum. İndi yaxşıyam”.

Sevda hamilədir? - Müğənninin yeni görkəmi İDDİALARI ARTIRDI 

5 Fevral 2018 16:29

"Evdəkilərə salam" verilişinin qonağı olan müğənni Sevda Sanəliyevanı görənlər təəccübləniblər. Sosial şəbəkələrdə müğənninin 3-cü övladına hamilə olduğu iddiaları artmaqdadır. Verilişdə artıq çəkisi diqqətdən qaçmayan Sevdanın bu halı sözügedən iddianın ortaya çıxmasına səbəb olub.

Müğənni Vasifin xanımı ilə rəqsi izlənmə rekordu qırdı - Toydan VİDEO

5 Fevral 2018 16:27

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Vasif Əzimovun qız toyu olub. İfaçının toyundan görüntülər yayılıb. Gəlinlə bəyin rəqsi hamı tərəfindən maraqla qarşılanıb. 

Dünya xalqlarının rəqsləri Bakıda

5 Fevral 2018 16:01

Heydər Əliyev Sarayında Azərbaycan və Gürcüstan rəqs kollektivlərinin iştirakı ilə “Dünya xalqlarının rəqsləri” adlı konsert proqramı təqdim edilib. Sarayın mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, konsertdə Azərbaycan, gürcü rəqsləri ilə bərabər, Şərq və Avropa xalqlarının rəqsləri də təqdim olunub.

Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub

5 Fevral 2018 15:21

Türkiyənin Adana şəhərində yaşayan Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yunan yazıçı Yakovos Kambanellisin “Möcüzələr həyəti” (“Harikalar Avlusu”) adlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının Baş rejissoru və “Altın Koza” Film Festivalının Baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak edib.

Ahmed Hamdi Tanpınara məktub yazılacaq - MÜSABİQƏ

5 Fevral 2018 15:02

Türkiyə Cümhuriyyəti, Bursa şəhər Osmanqazi Bələdiyyəsi tərəfindən hər il həyata keçirilən Ahmed Hamdi Tanpınar adına yarışma başlayıb. Yarışmanın Azərbaycan koordinatorluğundan Olaylar.az – a verilən xəbər görə, bu il yarışmaya əsərlər məktub janrında qəbul olunacaq. Məktublar A.H.Tanpınara ünvanlanacaq. Əsərlər Türkiyə türkcəsində yazılmalı, mətnin həcmi məktub janrına uyğun olmalıdır. Yarışmaya bir müəllif yalnız bir əsər göndərə bilər.

Qara Qarayevin "Qoyya" baletinin möhtəşəm premyerası

5 Fevral 2018 14:32

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin "Qoyya" baletinin premyerası baş tutub. Tamaşa dahi bəstəkar Q.Qarayevin 100 illik yubileyinə həsr olunub. Avropanın bir sıra ölkələrindəki qabaqcıl teatrlarda müxtəlif balet tamaşalarına uğurlu quruluşlar verən Vasili Medvedyevin xoreoqrafiyası əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppası solistlərinin mükəmməl çıxışlarını tamaşaçılar heyranlıqla izlədilər. Teatrın simfonik orkestrinin parlaq çıxışı, istedadlı skripkaçı Rövşən Əmrahovun solo ifası, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbəri olduğu xor kollektivinin tamaşa boyu professional çıxışı da hər cür tərifə layiq idi.

Natavandan küsülü olduğu Elnarəyə: "Səni tanıyırıq, kimə nə göstərirsən?"

5 Fevral 2018 13:54

Müğənni Natavan Həbibi bir vaxtlar dost olduğu, uzun müddətdir danışmadığı Elnarə Xəlilovadan danışıb. Natavan "ATV maqazin onlarla"da həmkarının mahnılarını bəyənmədiyini söyləyib: "Münasibətin bura dəxli yoxdur. Mahnıdan söhbət gedir. Elnarə elə şeylər oxuya bilər ki... Oxusun. Mahnısı mənə çatmadı.