Rəmişin arvadı: "Boşananda onu lüt evdən göndərəcəm, hər şey mənimdir"

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım maraqlı açıqlama verib.  Rəmişin həyat yoldaşı “Səhər-səhər” verilişində Rəmişin qohumları onu boşamasını və mal-mülkünə sahib olmaq istədiyini bilidirib.

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım maraqlı açıqlama verib.

Rəmişin həyat yoldaşı "Səhər-səhər" verilişində Rəmişin qohumları onu boşamasını və mal-mülkünə sahib olmaq istədiyini bilidirib.

"Onun hər şeyinə göz qoyublar. İndidən mal-mülkünün davasını edirdilər. Deyirlər Gülünü boşa. Boşansın, onu lüt evdən göndərəcəm, yola salacam gedəcək. Hər şeyi mənimdir".

Rəmiş isə həyat yoldaşının sözlərinə belə reaksiya verib:

"Gedib evimi də, maşınımı da Gülünün adına keçirdim. Sabah mənə nəsə olsa, mal-mülk davası getməsin. Mən onu necə boşayım? Yetim qızdır, heç kimi yoxdur. Acınacaqlı həyat yaşayıb. Ona görə də indi nə istəyir alıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31