Elxan Şirinovla Cabbar Musayev arasında QALMAQAL

Müğənni Elxan Şirinovla Cabbad Musayev arasında mahnı qalmaqalı yaşanıb.  Axşam.az bildirir ki, E.Şirinovun xalq artisti Niyaməddin Musayevin repertuarında olan bir mahnını oxuması C.Musayevin xoşuna gəlməyib.

Müğənni Elxan Şirinovla Cabbad Musayev arasında mahnı qalmaqalı yaşanıb. 

Axşam.az bildirir ki, E.Şirinovun xalq artisti Niyaməddin Musayevin repertuarında olan bir mahnını oxuması C.Musayevin xoşuna gəlməyib.

C.Musayev etirazını belə bildirib: 

"Elxan Şirinovla münasibətimiz sıfır dərəcəsindədir. Çox "mən-mən" deyir. O mahnını oxuyanda bilirdi ki, musiqisini mən yazmışam. Təsəvvür edin yeni mahnı yazım, qarşılıqsız başqasına verim, çörəyini o yesin, mən qalım. Bir neçə dəfə zəng etdim, xoşuma gəlməyən cavab aldım. Barışıq əli uzatdım, pis qəbul etdi".

E.Şirinov C.Musayevə "Onun üçün fəxrdir ki, mahnısını mən oxumuşam" cavabını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31