Alim Qasımovdan tənqid: "Onlar oxuyanda kanalı çevirirəm"

Xalq artisti Alim Qasımov “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına qatılıb. 

Xalq artisti Alim Qasımov "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasına qatılıb. Açıqlama verən muğam ifaçısı səfərə hazırlaşdığını deyib:

"Qızım Fərqanə Qasımova ilə birlikdə Amerikaya gedəcəyik. "Leyli və Məcnun" tamaşasını göstərəcəyik. hazırda bunun üstündə çalışırıq".

A.Qasımov muğam ifaçılarına iradını bildirib:

"Hər zaman peşəkar və qeyri-peşəkar oxuyanlar olub. Ələnib, suyun üstündə mütləq yaxşılar qalacaq".

Muğam ifaçısı "Xoşlamadığınız ifaçıları eşidəndə nə edirsiniz" sualına belə cavab verib:

"Bəzən efirə baxanda görürəm ki, ahəngi pozurlar. Onda əsəbiləşirəm, kanalı çevirirəm. Elələrinə baxmıram". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31