"Brilliant Dadaşova ilə barışığa əl atmadım"
Xalq artisti Nisə Qasımova 7 ildir küsülü olduğu Brilliant Dadaşovaya barışıq addımı atması ilə bağlı xəbərə münasibət bildirib.
15 Noyabr 2016 19:12 MədəniyyətXalq artisti Nisə Qasımova 7 ildir küsülü olduğu Brilliant Dadaşovaya barışıq addımı atması ilə bağlı xəbərə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, müğənni yanlışlıq olduğunu, heç bir barışıq addımı atmadığını deyib.
O bildirib ki, qarşı tərəf barışıq addımı atsa, geri çevirməyəcək:
"Məndən soruşdular ki, "Brilliant Dadaşova gəlib barışmaq istəsə, "salam" versə, necə reaksiya göstərərsiniz?". Barışıq təşəbbüsü irəli sürməmişəm, bu cür qələmə verilməyim. Yalandan uydurulmasın ki, "Nisə xanım barışığa əl atdı". Xeyir, barışığa əl atmadım. Demişəm ki, "salam" versə, qucaqlayaram. Barışmaq üçün cəsarətim var, heç nədən utanmıram. Bu məsələyə kiminsə qarışmasını istəmirəm. Bir nəfərə barışıq jesti etmişəm, bu da Faiq Ağayevdir. O mənim ürəyimdə xüsusi yer tutub". Olaylar.az