Filarmoniyada Xor Kapellasının yubileyinə həsr olunmuş konsert keçiriləcək
14 Noyabr 2016 19:46 MədəniyyətNoyabrın 22-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının 80 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə, proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Maqomayev, Cahangir Cahangirov, Zakir Bağırov, Səid Rüstəmov, Firəngiz Əlizadə, Ramiz Mustafayevin əsərləri səslənəcək.
Proqramda Avropa bəstəkarlarının əsərləri də səslənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31