Alim Qasımov və qızı Parisdə konsert verəcək

Noyabrın 5-də xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Parisdə konsert proqramı ilə çıxış edəcək.

Noyabrın 5-də xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Parisdə konsert proqramı ilə çıxış edəcək.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. "Philharmonie De Paris - Cite De La Musique"də reallaşacaq konsertdə sənətkarları tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31