Pənah Pənahovun 90 illiyi qeyd olunub
Oktyabrın 25-də R.Behbudov adına Dövlət Mahnı Teatrında XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Əməkdar mədəniyyət işçisi Pənah Pənahovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirb ki, Mədəniyyət və Turizm nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açıb. O, çıxışında deyib: “XX əsr Azərbaycan aşıq sənətinin çox görkəmli simalarından biri, Əmkdar mədəniyyət işçisi aşıq Pənah Pənahov Azərbaycan aşıq sənətinə, Azərbaycan musiqi mədəniyyətinə özünəməxsus bir üslub gətirən sənətkar idi. O, sənətkarlığı ilə yanaşı, yerişi-duruşu, davranışı ilə də bənzərsiz və təkrarsız idi. Aşıq Pənah musiqi ifaçılığının sərrafı olan sənətkar idi. Aşıq Pənah Pənahov XX yüzillikdə yaşayıb fəaliyyət göstərmiş aşıqlar arasında nadir sənətkarlardan idi – bəstəçi aşıq idi. Özü də sadəcə saz havalarının bəstəçisi deyildi. O, pianinoda ifa olunan havaları da gözəl bilirdi. Aşıq Pənahın mahnıları bu gün də sevilə-sevilə ifa olunur”.
26 Oktyabr 2016 12:28 MədəniyyətOktyabrın 25-də R.Behbudov adına Dövlət Mahnı Teatrında XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Əməkdar mədəniyyət işçisi Pənah Pənahovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirb ki, Mədəniyyət və Turizm nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açıb. O, çıxışında deyib: "XX əsr Azərbaycan aşıq sənətinin çox görkəmli simalarından biri, Əmkdar mədəniyyət işçisi aşıq Pənah Pənahov Azərbaycan aşıq sənətinə, Azərbaycan musiqi mədəniyyətinə özünəməxsus bir üslub gətirən sənətkar idi. O, sənətkarlığı ilə yanaşı, yerişi-duruşu, davranışı ilə də bənzərsiz və təkrarsız idi. Aşıq Pənah musiqi ifaçılığının sərrafı olan sənətkar idi. Aşıq Pənah Pənahov XX yüzillikdə yaşayıb fəaliyyət göstərmiş aşıqlar arasında nadir sənətkarlardan idi - bəstəçi aşıq idi. Özü də sadəcə saz havalarının bəstəçisi deyildi. O, pianinoda ifa olunan havaları da gözəl bilirdi. Aşıq Pənahın mahnıları bu gün də sevilə-sevilə ifa olunur".
Tədbirdə çıxış edən SSRİ Xalq artisti, bəstəkar Arif Məlikov aşıq Pənah Pənahovla bağlı xatirələrindən söz açıb.
Aşıq Pənahın özünün ifası və 80 illik yubiley tədbirində mərhum Xalq şairi Zəlimxan Yaqubun çıxışı olan videolentlərin səsləndirilməsi isə tədbir iştirakçıları tərəfindən hər iki ustadın ruhuna hörmət əlaməti kimi dəyərləndirilib.
Aşıqlardan Əməkdar Mədəniyyət İşçiləri Əhliman Rəhimov və Ağamurad İsrafilov, Altay Məmmədli, Əli Tapdıqoğlu, Gözəl Kəlbəcərli, "Çeşmə" qrupu, müğənni Zakir Əliyev və başqaları ustad aşığın sözlərini oxuyub, aktyorlar onun şeirlərini səsləndiriblər.
Tədbirin sonunda aşıq Pənah Pənahovun oğlu Ələsgər Pənahov çıxış edərək atasının xatirəsinin bir daha yad edildiyinə görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm nazirliyinə, Aşıqlr Birliyinə və tədbirin təşkilində zəhməti olanların hamısına ustadın ailəsi adından minnətdarlıq edib.