Nadirdən boşanma xəbərlərinə REAKSİYA

Müğənni Nadir Qafarzadə boşanma xəbərlərinə münasibət bildirib.  Axşam.az bildirir ki, sənətçi həyat yoldaşı Sevinc xanımı çox sevdiyini və ondan heç vaxt ayrılmayacağını qeyd edib:

Müğənni Nadir Qafarzadə boşanma xəbərlərinə münasibət bildirib. 

Axşam.az bildirir ki, sənətçi həyat yoldaşı Sevinc xanımı çox sevdiyini və ondan heç vaxt ayrılmayacağını qeyd edib:

"Bir dəqiqədə adamı evləndirib, boşandırırlar. Bu gün mənim boşanma xəbərimi yazıblar. İndi evlənmək və boşanmaq o qədər adiləşib ki, xala-xala oyununa döndəriblər. Bəzilərinə demək istəyirəm ki, fikriniz özünüzə getməsin. Bizi yalnız ölüm ayırar. Təki elə bir çox ailələr Nadir Qafarzadəninki kimi olsun. Demirəm ki, biz idealıq, amma bizdən yoxdur.

Qoy Azərbaycan fəxr etsin ki, Nadir kimi vətəndaşı var. Bir mənim ailəm qalmışdı boşatmayasınız. Bizi də bir bəhanə ilə boşatdırın. Bizimkilərin əlindən ev yıxmaqdan başqa heç nə gəlmir. Allah qovuşduranı, şeytan ayıra bilməz. İndi kimin ailəsi uzunömürlüdürsə, ona birtəhər baxırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31