Kriminal
Evdən qızıl-zinət aparanlar yaxalanıb
Lənkaranda oğurluq gaktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də rayon sakini Günel Rzazadənin evindən 600 manat dəyərində qızıl sırğa və məişət əşyası oğurlamaqda şübhəli bilinən həmyerliləri Mikayıl Məmmədov və Abad Əzimov tutulublar. Araşdırma aparılır.
Tərtər sakini silah satarkən tutulub
Bərdə rayonunda silah satan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Şikar Məmmədov Bərdə rayonunun ərazisində “AK” markalı silahı, 2 ədəd patron darağını və 42 ədəd patronu satarkən tutulub. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Məmmədova həmin silah və döyüş sursatını satmış Laçın rayon sakini Tacir İsgəndərov da tutulub.
Piyadanı vurub qaçan sürücü tutulub
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Hacıqabul rayon sakini Mikayıl İbrahimovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü – həmyerlisi Şakir Cəfərli tutulub.
Sumqayıtda maşın qaçıran Xırdalanda saxlanıb
Oktyabrın 12-də Sumqayıt şəhəri ərazisindən şəhər sakini Nuğan Zeynalova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov həmin gün Xırdalan şəhəri ərazisində avtomobili idarə edərkən Abşeron RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Mağazanı qarət edən ələ keçib
Oktyabrın 12-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Emil İsgəndərova məxsus mağazaya gəlmiş 2 naməlum şəxs oradakı siyirtmədən 140 manat pulu soyğunçuluq yolu ilə aparıblar. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Kamran Gözəlzadə tutulub, digər 1 nəfər isə müəyyən edilib.
Cahangir Hacıyevin məhkəməsinin vaxtı məlum olub
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə hökmünün elan ediləcəyi tarix məlum olub.
Azərbaycanda İsrail vətəndaşına qarşı 65 min dollarlıq dələduzluq edilib
Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib. Bu barədə APA-ya zərərçəkən İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadə özü məlumat verib.
Rusiyada axtarışda olan Azərvaycanda saxlandı
Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Vüqar Səfərov saxlanılıb.
Ölkədən külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb
Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi "Mercedes E Class" markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.
Çovdarov "Xatirə"ni 6 il mühasirədə saxlayıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun silsilə cinayət əməllərindən daha biri məlum olub.
Əli İnsanovun apellyasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Rusiyada qətl törədən şəxs Azərbaycanda tutulub
Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Vüqar Səfərov saxlanılıb.
Ad günü olan qızının qəbri üstünə getdi, sonra da özünü asdı
Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi məhkəməyə göndərilib.
Tərtər sakinini qətlə yetirənin 2-si tutulub, 1-i müəyyən edilib
Sentyabrın 30-da Tərtər rayon sakini Səxavət Musaye döyülərək qətlə yetirilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirlərilə qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Aqil Aslanov və Şaiq Həsənov tutulub, daha 1 nəfər isə müəyyən edilib. Araşdırma aparılır.














