Nigar Camalın avtomobilinə hücum edən şəxs SAXLANILDI

Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, avtomobilə hücum edən həmin şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31