Axtarışda olan şəxs evi qarət etdi

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən xəbərə görə, fevralın 13-də Bakıxanov qəsəbəsindəki evlərin birindən pul və 3830 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş E.Eminov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31