Bakıda 53 yaşlı kişi 15 yaşlı qızı qaçırıb zorladı - Qohumu imiş
24 Fevral 2023 12:53 KriminalBakıda təcavüz olayı baş verib.
Olaylar.az lent.az-a istinadən bildirir ki, paytaxtın Nardaran qəsəbə sakini 15 yaşlı qız fevralın 22-də yaşadığı evdən gedib və naməlum şəraitdə yoxa çıxıb. Bu barədə polisə məlumat verilib.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində yeniyetmə qız tapılıb. Məlum olub ki, yeniyetmə qızı 53 yaşlı qohumu H.Dadaşov qaçıraraq, yaşadığı Nizami rayonundakı mənzilində zorlayıb.
H.Dadaşov tutulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31