"Namiq Bakinski"nin adamı HƏBS EDİLDİ

 

Rusiyanın Kamçatka diyarında  qanuni oğru "Lotu Quli"nin (Nadir Səlifov) qardaşı  "Namiq Bakinski"nin tapşırıqlarını yerinə yetirən kriminal rəhbəri Elşad Quliyev saxlanılıb.

Silsilə oğurluqla məşğul olan şəxs “iş başında” yaxalandı

Olaylar.az xəbər verir ki, bu  barədə Rusiya KİV-i məlumat yayıb. 

Bildirilir ki, Quliyev cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda ittiham olunub. Belə  ki, Elşad Quliyev öən ilin payızında "Bakinski"dən xüsusi tapşırıq alaraq Kamçatkaya yollanıb.

"2021-ci ilin payızında "Namiq Bakinski" ona Kamçatkaya getməyi və bölgədəki fəaliyyəti "dondurmaq" üçün yerli kriminal rəhbəri ilə danışıqlar aparmağı tapşırıb", - KİV yazıb. 

"Avşak" statusu alan Quliyev "obşçak"ın nəzarətinə keçib. O, Kamçatkada kriminal mühitdə mübahisələrin həllində "üçüncü tərəfin hakimi" kimi çıxış edib. 

Hazırda Quliyev hədə-qorxu ilə tələb etmə işi üzrə istintaq təcridxanasında istintaqa cəlb olunub.

Unikal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31