Keşlədə "patı" satan Peyman saxlanıldı - Digərləri də Redbull oğurlayıb - VİDEO

s Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Alıbəy Abdurəhimov, Ədhəm Alubeydi və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Bu şəxslərin mağazalardan oğurluqlar etməsi təhlükəsizlik kameraları vasitəsi ilə anbaan lentə alınıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Keşlə və "NZS" qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Alıyev saxlanılıb. Bu şəxsdən narkotik vasitə heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri Peyman adlı şəxsdən aldığını bildirib. Bölmə əməkdaşları tərəfindən həmin şəxs - Peyman Əliyev də saxlanılıb. Onun üzərindən isə 1 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31