Bakıda iki qardaş taksi sürücüsünü döyüb avtomobili yararsız hala saldı

Bakıda iki qardaş taksi sürücüsünü döyərək avtomobilini yararsız vəziyyətə salıb.

Olaylar.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.

İki nəfər naməlum şəxs "Toyota" markalı avtomobilə sərnişin qismində əyləşdikdən sonra sürücünü döyüb mobil telefonunu alıb. Daha sonra onlar avtomobilə müxtəlif zərbələr endirməklə maşını yararsız vəziyyətə salıb.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar Bəxtiyarlı saxlanılıblar.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31