Hacıqabulda qanunsuz ov edən beş nəfər saxlanıldı - FOTO
12 Fevral 2023 21:32 KriminalHacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Meyniman kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən beş nəfər saxlanılıb.
Olaylar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Abşeron rayon sakinləri O.Nağıyev və T.Nağıyev, Bakı şəhər sakinləri O.Mirzəyev və A.Əsədov, Tovuz rayon sakini İ.Nağıyev olduqları müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı, 23 ədəd patron və qanunsuz olaraq ovlanmış 3 ədəd çöl ördəyi aşkarlanaraq götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
