Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı - FOTO

Ağcabədidə evdən odlu silah tapılıb.

Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən xəbərə görə, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş H.Əhmədovun evinə baxış zamanı oradan nömrəsi silinmiş "AK-74" markalı avtomat silahı, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Keçmiş məhkumun evindən

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31