Saxta avtomobil nömrələri hazırlayıb satan şəxs saxlanılıb - FOTO
18 Yanvar 2023 15:07 KriminalGəncədə saxta avtomobil nömrəsi hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan Olaylar.az-a verilən məlumata görə, şəhər sakini Asif Yusifov istifadəsiz avtomobil qeydiyyat nişanlarının üzərindəki simvolları pozaraq yenisi ilə əvəz edib. Qanunsuz olaraq avtomobillərin dövlət qeydiyyat nömrəsini hazırlayaraq satıb. Şübhəli şəxsin emalatxanasına baxış keçirilərkən bir neçə dövlət qeydiyyat nömrəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
.jpg)
.jpg)
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31