Yuxuya getməyini gözlədi, əlində bıçaq yaxınlaşıb... - 77 yaşlı atanın törətdiyi cinayət - FOTO
18 Yanvar 2023 14:22 KriminalSumqayıt şəhərində oğlunu bıçaqlayaraq öldürmək istəyən 77 yaşlı Əbülfəz Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Olaylar.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri 4-cü məhəllə ev 18 ünvanında baş verib. Əbülfəz Əliyev yaşadıqları evdə oğlu 30 yaşlı oğlu Araz Əliyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürmək istəyib.
Yaralı vaxtın xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində Əbülfəz Əliyev saxlanılıb.
Ölkə.Az-ın məlumatına görə, iş üzrə dindirilmiş Əbülfəz Əliyev ifadəsində göstərib ki, iyunun 6-da səhər dənizkənarı parka gedib və bir müddətdən sonra evə qayıdıb. Dəhliz qapısının örtülü olduğunu görüb və Araz gilin otağında heç kimin olmadığını zənn edib. Çaydanı qızdırıb qay içmək istəyən zaman oğlunun onun ünvanına işlətdiyi söyüşləri eşidib. Əslində, çaydanı qızdırarkən hər hansı bir səs və ya Araza narahatlıq yaratmayıb. Sonuncunun qışqıraraq işlətdiyi ifadə və uzun illər ona qarşı etdiyi kobud rəftarını yenidən göz önündə canlandırıb.
Əbülfəz Əliyev oğlunun hərəkətini növbəti təhqir kimi qəbul edərək ona qarşı nifrət və qisası artırıb. Bir müddət sonra o Arazın otaqda tək yatdığını dəqiqləşdirib.
Əbülfət oğlunun cavan və qüvvətli özünün ahıl yaşda olduğunu sonuncu ayıq olarsa, müqavimət göstərəcəyini onu öldürməyə gücü çatmayacağını düşünüb. Arazı məhz yatdığı vaxt qətlə yetirməyi qərarlaşdırıb.
Əbülfəz Əliyev ifadəsinin davamında bildirib ki, mətbəxdən xəncərə bənzət ət doğrayan bıçağı götürərək oğlunun yatdığı otağa keçib. Bıçaqla əvvəl onun baş nahiyyəsinə 6 zərbə endirib. Araz ilk zərbələrdən oyanıb onun əlindən çıxmağa çalışsada buna imkan verməyib zərbələrini davam etdirib. Oğlu təpik atıb onu özündən kənara itələyib. Divandan yerə düşərək qaçmaq istədikdə ayaqları qan içərisində olduğundan sürüşüb yerə yıxılıb. Bundan istifadə edən atası arazı arxadan kürək nahiyyəsinə növbəti 2 bıçaq zərbəsi vurub. Oğlu əl-qol ataraq onu özündən uzaqlaşdıraraq ayağa qalxıb və həyətə qaçıb.
Zərərçəkmiş şəxs qismində dindirilmiş Araz Əliyev bildirib ki, atası mütəmadi evdə dava salaraq onları hədələyib. Onlara olan nifrənin səbəbini soruşduqda atası anasının ona xəyanət etdiyini bu səbəbdən fürsət düşən kmi Arazı və anasını öldürəcəyini bildirib.
Atası bunlarla kifayətlənməyib qəsdən söz-söhbət salmaq üçün dəhlizdə və mətbəxdə uşaqlarının və arvadının gözü qarşısında alt paltarda gəzib. Yanlarından keçərkən ədəbsiz və nəlayiq ifadələr işlətməklə onları münaqişəyə təhrik edib.
Araz Əliyev bildirib ki, hadisə baş verən günü səhər saat 10-da işdən evə qayıydıqda atası evdə olmayıb. Yoldaşı, uşaqları və anası getdikdən sonra yatdığı otağın qapısını bağlamadan divanda yuxuya gedib. Hansı müddət keçidiyi və atasının nə vaxt evə gəldiyini bilməyib.
Qəflətən baş nahiyyəsindən ardıcıl zərbələr hiss edib yuxudan oyanarkən yanında qəzəbli halda əlində bıçaqla ona növbəti zərbə vurmağa çalışan atasını görüb.
Məlum olduğu kimi nəticədə Araz Əliyev atasını kənara itələyib çölə qaçıb. Səs-küyə çıxan qonşulardan qardaşı Azəri çağırmağı xahiş edib. Atası qonşuların toplaşdığını onun isə qaçdığını görərək arxasınca gəlməyib. Qonşular qardaşı ilə birlikdə onu xəstəxanaya çatdırıblar.
Məhkəmə prosesində Əbülfəz Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə 77 yaşlı Əbülfəz Əliyev Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.


