Psixiatrik xəstəxanadan qayıdan şəxs əmisini ona "dəli" dediyinə görə bıçaqlayıb
18 Yanvar 2023 12:28 KriminalPsixiatrik xəstəxanada müalicə alaraq evlərinə qayıdan şəxs əmisini ona "dəli" dediyinə görə bıçaqlayıb.
Olaylar.az xəbər verir ki, S.S. Respublika Psixiatrik xəstəxanasında müalicə kursunu bitirib yaşadığı Saatlı rayonuna qayıdıb.
Əmisi Cəmaləddin Səmədov ona "dəli" deyib. Bu zaman S.S. əsəbiləşərək cibində olan bıçaqla əmisinin bədən nahiyyəsinə iki dəfə vurmaqla sağlamlığına ağır zərər vurub.
Faktla bağlı cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31